Son dəqiqə
Qızıl-gümüş ucuzlaşdı Bu ərazilərə qar yağır AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO

Xırdalanda tıxac problemini həll edəcək iki yeni layihə – (Video)

Cəmiyyət

Xırdalan şəhərində nəqliyyat sıxlığını azaltmaq və əsas magistrallara çıxış imkanlarını genişləndirmək məqsədilə iki yol layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, layihələr “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na daxil edilmiş 24 yol layihəsinin tərkib hissəsidir.

Bildirilib ki, birinci layihə çərçivəsində yeni tunel və əlaqələndirici yolların inşası, mövcud yolların və yol qovşaqlarının yenidən təşkili nəzərdə tutulur. Bununla şəhərin M-1 və M-4 magistral avtomobil yolları ilə əlaqələri genişləndiriləcək, Xırdalanın müxtəlif hissələri arasında əlavə hərəkət imkanları yaradılacaq.

İkinci layihə M-4 magistralından Xırdalanın mərkəzinə birbaşa nəqliyyat bağlantısının yaradılmasını əhatə edir. Bu istiqamətdə yeni tunel və müxtəlif səviyyəli yol ötürücüsünün inşası planlaşdırılır.

Agentliyin məlumatına görə, şəhərdən keçən dəmir yolu xətti Xırdalanı iki hissəyə ayırır. Mövcud keçidlərin məhdudluğu sürücülərin daha uzun məsafə qət etməsinə, bəzi küçələrdə sıxlığın yaranmasına və magistrallara çıxışın çətinləşməsinə səbəb olur.

Qeyd edilib ki, layihələrin reallaşdırılması ilə alternativ nəqliyyat əlaqələrinin yaradılması, nəqliyyat axınının müxtəlif istiqamətlər üzrə bölüşdürülməsi və şəhərdaxili küçələrdə sıxlığın azaldılması gözlənilir.\milli.az\