Son dəqiqə
Bu ərazilərə qar yağır AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı

9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Cəmiyyət

Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılması halı qeydə alınıb.

Cagdas.az bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə analoji hadisələrin sayı 38 % azalsa da, xoşagəlməz nəticələr dəyişmir: sərnişinlərin və qatar heyətinin həyatı təhlükə altına düşür, qatara ciddi zərər dəyir, maşinist qatarı təcili saxlamalı olur, nəticədə hərəkət cədvəlində gecikmələr yaranır.

Aşkarlanmış faktlarla bağlı Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib və hər bir faktla bağlı müvafiq araşdırma aparılıb.

“Qatarlara daş atanların əsasən azyaşlılar olduğunu nəzərə alaraq, ADY valideynləri uşaqları bu barədə mütəmadi maarifləndirməyə çağırır. Bir daha xatırladırıq ki, dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayətdir”, – deyə məlumatda qeyd olunub\modern.az\