Son dəqiqə
Bu ərazilərə qar yağır AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı

Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır

Cəmiyyət

Cari ilin yanvar – oktyabr ayları ərzində Analitik Ekspertiza Mərkəzi tərəfindən qeydiyyat proseduruna müraciət edilmiş dərman vasitələrinə 1 136 vəsiqə verilib.

Cagdas.az bildiriri ki bu barədə Trend-in sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onlardan 145-i orijinal dərman vasitəsidir.

“Qeydiyyatdan keçən preparatlar arasında onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələri də mövcuddur”, – deyə AEM-in məlumatında bildirilib.

Qeyd edək ki, Azərbaycanda patentləşdirilmiş özünəməxsus adı ilə dövriyyəyə daxil edilmiş dərman vasitələri, yəni orijinal dərman vasitələri qeydiyyata alınır. Generiklər – orijinal dərman vasitələrinə müstəsna patent hüquqlarının müddəti bitdikdən sonra digər istehsalçılar tərəfindən həmin tərkibdə, dozada və formada istehsal edilmiş dərman vasitələrinin analoqları da dövlət qeydiyyatına alınır.

Bütün bu sadalananlar “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3.-cü maddəsi ilə tənzimlənir.