Son dəqiqə
Bu ərazilərə qar yağır AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı

Nazir əhalinin istilik təchizatından danışdı

Cəmiyyət
Energetika sektorunda aparılan islahatlar çərçivəsində son illər 6 əsas qanunun qəbulu ilə sahənin müasir hüquqi bazası formalaşdırılıb.

Cagdas.az –ın xəbərinə görə, bunu energetika naziri Pərviz Şahbazov deyib.

O bildirib ki, hazırda bu islahatların davamı olaraq qanunların praktiki tətbiqini təmin edən normativ mexanizmlər təkmilləşdirilir:

“Xüsusilə son bir ildə qaz və istilik təchizatı sahələrində mühüm addımlar atılıb. “Qaz təchizatı haqqında” yeni qanunun tətbiqi çərçivəsində qazdan istifadə, qaz təchizatı sisteminin fəaliyyətinin tənzimlənməsi, texniki təhlükəsizlik və dövlət nəzarəti, “İstilik təchizatı haqqında” qanun əsasında isə istilik enerjisindən istifadə, çoxmənzilli yaşayış binalarında mərkəzləşdirilmiş istilik təchizatı, fərdi istilik sistemlərinin tətbiqi şərtləri, şəbəkələrin mühafizəsi və qurğuların təhlükəsiz istismarı üzrə qaydalar təsdiqlənib. Bu yeniliklər enerji təchizatının etibarlılığının artırılmasına, istehlakçı hüquqlarının qorunmasına və sektorda müasir idarəetmə prinsiplərinin tətbiqinə xidmət edir”.\ölkə.az\