Son dəqiqə
Hindistan Azərbaycan və Ermənistan arasında sülh prosesini alqışlayır Azərbaycanla Hindistan əməkdaşlığı genişləndirə bilər – XİN rəhbəri Milli Məclisin növbəti iclasının vaxtı məlum olub Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq Aqrar subsidiyaların hüquqi statusu qanunla müəyyənləşdirilir “Aqrar sahə haqqında” qanun layihəsi təsdiq olundu Kənd yerlərində qaz limitləri artırılsın – Zahid Oruc Ziyafət Əsgərovdan Siyavuş Novruzova cavab: “Hərbçinin məntiqi də olmalıdır” “Hərbi xidmət qaydaları NATO standartlarına uyğunlaşdırılmalıdır” Zabitlərin hərbi rütbədə olma müddəti azaldılır

“Hərbi xidmət qaydaları NATO standartlarına uyğunlaşdırılmalıdır”

Cəmiyyət

Hərbi xidmətkeçmə ilə bağlı qanunlar və əsasnamələr NATO standartlarına uyğunlaşdırılmalıdır.

Cagdas.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında bildirib.

Deputat hərbi xidmətlə bağlı qanunvericiliyə dəyişikliklərin birinci oxunuşda müzakirəsi zamanı hüquqi bazanın müasir tələblərə uyğunlaşdırılmasını vacib sayıb.

Onun sözlərinə görə, magistratura və doktoranturada təhsil alan şəxslərin ixtisaslarının ordunun ehtiyaclarına uyğunluğu da nəzərə alınmalıdır. Siyavuş Novruzov riyaziyyat, fizika, kimya və coğrafiya üzrə mütəxəssislərin ordunun fəaliyyəti və inkişafı üçün əhəmiyyətini vurğulayıb.

Komitə sədri qeyd edib ki, Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar hərbi xidmət sahəsində qanunvericiliyə yenidən baxılmasını zəruri edir.