Son dəqiqə
Bu ordeni hazırlayanda düşünməzdim ki, özüm alacağam – Fərhad Xəlilov Bakının üçüncü yerüstü metro stansiyası 2028-ci ildə açılacaq Azərbaycanlıların olduğu gəmi Qara dənizdə batıb Azərbaycanla Hindistan arasında birbaşa uçuşların sayı artırılacaq Hindistan Azərbaycan və Ermənistan arasında sülh prosesini alqışlayır Azərbaycanla Hindistan əməkdaşlığı genişləndirə bilər – XİN rəhbəri Milli Məclisin növbəti iclasının vaxtı məlum olub Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq Aqrar subsidiyaların hüquqi statusu qanunla müəyyənləşdirilir “Aqrar sahə haqqında” qanun layihəsi təsdiq olundu

Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

Cəmiyyət

Mülki Məcəlləyə “Məhsul şəhadətnaməsi” adlı yeni paraqraf əlavə ediləcək.

Cagdas.az  xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi haqda qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklərə əsasən, Mülki Məcəlləyə “Məhsul şəhadətnaməsi” adlı yeni paraqraf əlavə ediləcək. Məhsul şəhadətnaməsi aqrar məhsulun istehsalı və ya ilkin emalı məqsədilə borclu tərəfindən elektron qaydada buraxılan, öhdəliyin icrasını təmin edən qiymətli kağız kimi müəyyənləşdirilir.

Layihəyə görə, borclu məhsul şəhadətnaməsində göstərilən qaydada aqrar məhsulu və ya pul məbləğini həmin qiymətli kağızın mülkiyyətçisinə təhvil-təslim aktı əsasında vermək öhdəliyi götürəcək.

Sənəddə məhsul şəhadətnaməsinin buraxılışı, dövlət qeydiyyatı və dövriyyəsinin “Məhsul şəhadətnaməsi haqqında” Qanun və digər normativ hüquqi aktlarla tənzimlənməsi nəzərdə tutulur. Həmçinin Mülki Məcəllənin qiymətli kağızlarla bağlı bir sıra müddəalarının məhsul şəhadətnamələrinə də şamil edilməsi təklif olunur.

“İcra haqqında” Qanuna dəyişikliklərə əsasən isə icra sənədlərinin siyahısına məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd əlavə ediləcək. Bu qeydin məzmunu müvafiq qanunla müəyyənləşdiriləcək, onun icrası isə dərhal həyata keçiriləcək.

Qanun layihəsinə əsasən, dəyişikliklər “Məhsul şəhadətnaməsi haqqında” Qanunla eyni gündə qüvvəyə minəcək.

Qanun layihəsi sonda səsverməyə qoyulub və birinci oxunuşda qəbul edilib.