Son dəqiqə
Övladınıza “TikTok”da nəzarət edə biləcəksiniz – Valideynlərin nəzərinə! “Miss Kainat-2026” gözəllik müsabiqəsində qalmaqal düşdü Azərbaycanlıların ən çox getdiyi ölkələr – SİYAHI Paşinyan medianı məhkəməyə verdi – 11 min dollar tələb edir “Sabah”- “Barselona” oyunu ilə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul edib Müharibə veteranları məktəblərdə dərs deyəcəklər Şagirdlərə süni intellekt və dronlarla bağlı dərslər keçiriləcək Mətbuat Şurası jurnalistlərə xəbərdarlıq edib Diabet xəstələrinin həkim müayinəsi ilə bağlı qaydalar dəyişdi

Maşın nömrələri ilə bağlı DYP xəbərdarlıq etdi – DİQQƏT!

Cəmiyyət

Qeydiyyat nişanları barədə dələduzluq – DYP vətəndaşlara çağırış etdi

Sosial şəbəkələrdə və müxtəlif onlayn satış platformalarında avtomobillərin dövlət qeydiyyat nişanları bəzi işbazlar tərəfindən fantastik qiymətə satılır.

Cagdas.az   xəbər verir  ki,mövzu ilə bağlı ekspert Elməddin Muradlı xəbərdarlıq edib ki, nömrə sahibi dövlət qeydiyyat nişanını kiməsə verə və ya bağışlaya bilməz:

“Dövlət qeydiyyat nişanlarının satışı yalnız dövlətin səlahiyyətindədir. Kiminsə adına rəsmiləşdirilmiş nömrə varsa, onu yalnız öz adına avtomobili qeydiyyata saldırdığı zaman DYP-dən təhvil ala bilər”.

Baş Dövlət Yol Polisi İdarəsi də məsələ ilə bağlı açıqlama verib. Qurumun mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev bildirib ki, bu cür satış elanları qanunsuzdur:

“Dövlət qeydiyyat nişanlarının ayrıca satılması qanunsuzdur və dələduzluq əlaməti daşıyır. Bəzi internet resurslarında absurd məbləğlərə nömrə satışı ilə bağlı elanlar yerləşdirilir. Bu elanlar vasitəsilə vətəndaşların aldadılması, onlardan beh və müxtəlif ödənişlərin alınması faktları aşkarlanır. Araşdırmalar göstərir ki, satışa çıxarılan nömrələrin çoxu başqa şəxslərin adına rəsmiləşdirilib və sahibləri bundan xəbərsiz olur. Qanunvericiliyə görə, dövlət qeydiyyat nişanı ayrıca satıla bilməz. Nömrə yalnız avtomobillə birlikdə alıcıya təqdim edilə bilər”.