Son dəqiqə
“Miss Kainat-2026” gözəllik müsabiqəsində qalmaqal düşdü Azərbaycanlıların ən çox getdiyi ölkələr – SİYAHI Paşinyan medianı məhkəməyə verdi – 11 min dollar tələb edir “Sabah”- “Barselona” oyunu ilə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul edib Müharibə veteranları məktəblərdə dərs deyəcəklər Şagirdlərə süni intellekt və dronlarla bağlı dərslər keçiriləcək Mətbuat Şurası jurnalistlərə xəbərdarlıq edib Diabet xəstələrinin həkim müayinəsi ilə bağlı qaydalar dəyişdi Taksidə bu qaydanı pozanlar 30 manat cərimələnə bilər

“Miss Kainat-2026” gözəllik müsabiqəsində qalmaqal düşdü

Maraqlı

“Miss Kainat-2026” gözəllik müsabiqəsində İsraili təmsil edən 25 yaşlı Daniel Yablonka beynəlxalq qalmaqalın mərkəzinə düşüb.

Cagdas.az xəbər verir ki, model Puerto-Rikoda keçirilən müsabiqənin milli geyimlər mərhələsində Qüdsün İçərişəhərinin təsvir olunduğu və üç dildə “Sülh” yazılmış geyimdə səhnəyə çıxıb. Onun çıxışı zamanı zalda fit səsləri və narazılıq nidaları eşidilib. Bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Hadisə noyabrın 21-də, müsabiqənin ənənəvi milli geyimlər nümayişi zamanı baş verib.

Yablonka səhnəyə qiymətli daşlarla bəzədilmiş qızılı geyimdə, başında möhtəşəm tac və üzərində Qüdsün İçərişəhərinin təsviri olan uzun plaşla çıxıb. Plaşın üzərində “Sülh” sözü ingilis, ivrit və ərəb dillərində yazılıb.

“Where the Desert Blooms” (“Səhranın çiçəkləndiyi yer”) adlanan geyimin müəllifi Los-Ancelesdə çalışan, Qüdsdə anadan olmuş dizayner Ceykob Meirdir. Plaşın daxili hissəsində zeytun ağacları və Yaffanın portağallarının təsvirləri yer alıb. Dizaynerin ideyasına əsasən, bu kompozisiya İsrailin tarixi irsini, mədəni müxtəlifliyini və gələcəyə olan ümidi simvolizə etməli idi.

Geyimi təqdim edən aparıcı obrazı tarix və müxtəlif mədəniyyətlərin qovuşduğu, hətta səhranın belə çiçəkləndiyi torpağa ehtiram kimi xarakterizə edib. O, həmçinin bu obrazın quraq ərazilərin inkişaf etmiş kənd təsərrüfatı bölgələrinə çevrilməsinə həsr olunduğunu bildirib.

Lakin davam edən İsrail-Fələstin münaqişəsi fonunda sülh mesajı tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Yablonka plaşını nümayiş etdirərkən zalda fit səsləri və etiraz nidaları eşidilib.

Bəzi tamaşaçılar builki müsabiqədə Fələstinin təmsil olunmamasına, Qüdsün isə yalnız İsrail iştirakçısının geyimində təqdim edilməsinə etiraz ediblər.

Geyimin simvolikası sosial şəbəkələrdə də mübahisələrə səbəb olub.

Daniel Yablonka isə israillilərlə fələstinlilərin dinc yanaşı yaşamasının mümkünlüyünə inandığını bildirib.

Model geyiminin hər hansı xalqın tarixini və ya mədəni irsini silmək cəhdi kimi nəzərdə tutulmadığını da vurğulayıb.

Maraqlıdır ki, Yablonka özü səhnədə fitə basılması ilə bağlı yayılan məlumatları təkzib edib.

O, İsrailin “Channel 12” telekanalına müsahibəsində çıxışı zamanı yalnız alqış səsləri eşitdiyini, internetdə yayılan videoların isə montaj edilmiş ola biləcəyini bildirib.

Daniel Yablonka Mayamidə anadan olub, 2024-cü ildə isə Təl-Əvivə köçüb. 2026-cı ildə “Miss İsrail” milli müsabiqəsi ləğv edildiyindən ölkəni beynəlxalq yarışmada təmsil edəcək iştirakçı xüsusi seçim komitəsi tərəfindən müəyyənləşdirilib. Yablonka iyulun 2-də Mayami-Biçdəki Florida Yəhudi Muzeyində rəsmi olaraq taclandırılıb.

“Miss Kainat” müsabiqəsinin 75-ci buraxılışının finalı noyabrın 24-də Puerto-Rikoda keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən 116 iştirakçı müsabiqənin qalibi olmaq uğrunda mübarizə aparır.\modern.az\