Son dəqiqə
Bakı artıq bitirir, İrəvan indi başlayır: ABŞ-a şikayət edilə bilər Azərbaycanda aliment artırılacaq – YENİ MƏBLƏĞ Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb Kreditlər artır, ev almaq çətinləşir: İpoteka bazarında son vəziyyət Sizi məyus edəcəm sülhü uzatmaq olmaz – Mirzoyan Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad olundu Mehri dəmir yolu ilə bağlı cinayət işi açılıb Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqlənib Azərbaycanda yeni cərimələr nəzərdə tutulur – MƏBLƏĞLƏR

Azərbaycan nefti kəskin ucuzlaşdı

İqtisadiyyat

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,11 ABŞ dolları və ya 4 % azalaraq 122,49 ABŞ dolları təşkil edib.

Cagdas.az xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 119,52 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,28 ABŞ dolları və ya 3,68 % azalaraq 112,12 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.