Son dəqiqə
Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır Ermənistan Azərbaycana təcili delimitasiya TƏKLİF ETDİ Oktyabrda hava iqlim normasından isti olub “Binance”də təhlükəsizlik böhranı: İstifadəçilər milyardlarla dollar çıxardı Özəl məktəblər geyim qaydaları tətbiq olunacaq? Kreml: Zelenski zəng etsə, Putin telefona cavab verəcək Sabah 24 dərəcə isti olacaq ATTA-nın İdarə Heyətinin iclası macəra turizmi üzrə dünya liderlərini Kapadokiyada bir araya gətirdi – FOTOLAR Azərbaycanın hava məkanına daxil olan PUA-lar zərərsizləşdirilib Ərdoğan Azərbaycan səmasından Zəfər gününümüzü təbrik etdi – VİDEO

Rusiya sərhədçiləri Ermənistandan çıxarılır

Cəmiyyət

Ermənistanın bütün sərhədlərinə nəzarət mərhələli şəkildə ölkənin Sərhəd Xidmətinə təhvil veriləcək.

Cagdas.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 2-də parlamentin daimi komissiyalarının birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Baş nazir qeyd edib ki, bu proses müəyyən islahatlar mərhələsindən keçməlidir.

Xatırladaq ki, Ermənistan sərhədçiləri daha əvvəl Rusiya sərhədçilərinin xidmət apardığı dövlət sərhədinin bəzi hissələrinə və buraxılış məntəqələrinə nəzarəti öz üzərinə götürüblər.

Bunlara “Zvartnots” Beynəlxalq Hava Limanı, İranla sərhəddə yerləşən “Aqarak”, Türkiyə ilə sərhəddəki “Marqara” və “Axurik” buraxılış məntəqələri daxildir.

Bununla belə, İran və Türkiyə ilə sərhədlərdə Rusiya sərhədçilərinin erməni hərbçiləri ilə əvəzlənməsi prosesi mərhələli şəkildə həyata keçirilir. Bu, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının resurslarının və imkanlarının inkişafı ilə əlaqələndirilir.\modern.az\