Son dəqiqə
Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır Ermənistan Azərbaycana təcili delimitasiya TƏKLİF ETDİ Oktyabrda hava iqlim normasından isti olub “Binance”də təhlükəsizlik böhranı: İstifadəçilər milyardlarla dollar çıxardı Özəl məktəblər geyim qaydaları tətbiq olunacaq? Kreml: Zelenski zəng etsə, Putin telefona cavab verəcək Sabah 24 dərəcə isti olacaq ATTA-nın İdarə Heyətinin iclası macəra turizmi üzrə dünya liderlərini Kapadokiyada bir araya gətirdi – FOTOLAR Azərbaycanın hava məkanına daxil olan PUA-lar zərərsizləşdirilib Ərdoğan Azərbaycan səmasından Zəfər gününümüzü təbrik etdi – VİDEO

Azərbaycanın hava məkanına daxil olan PUA-lar zərərsizləşdirilib

Cəmiyyət

Dövlət sərhədində aşkarlanan pilotsuz uçuş aparatları zərərsizləşdirilib.

Cagdas.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazilərində ümumilikdə 22 kiloqram 900 qram narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan pilotsuz uçuş aparatları aşkarlanaraq zərərsizləşdirilmişdir.

Hadisə yerlərinə baxış zamanı “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 15 kiloqram 400 qram, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində isə 7 kiloqram 500 qram narkotik vasitə götürülmüşdür.Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.\modern.az\

Dövlət sərhədində aşkarlanan PUA-lar zərərsizləşdirilib - FOTO