Son dəqiqə
Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır Ermənistan Azərbaycana təcili delimitasiya TƏKLİF ETDİ Oktyabrda hava iqlim normasından isti olub “Binance”də təhlükəsizlik böhranı: İstifadəçilər milyardlarla dollar çıxardı Özəl məktəblər geyim qaydaları tətbiq olunacaq? Kreml: Zelenski zəng etsə, Putin telefona cavab verəcək Sabah 24 dərəcə isti olacaq ATTA-nın İdarə Heyətinin iclası macəra turizmi üzrə dünya liderlərini Kapadokiyada bir araya gətirdi – FOTOLAR Azərbaycanın hava məkanına daxil olan PUA-lar zərərsizləşdirilib Ərdoğan Azərbaycan səmasından Zəfər gününümüzü təbrik etdi – VİDEO

178 min mənzilə istilik veriləcək

Cəmiyyət

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 4 may tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən iqlim şəraiti fərqli olan 26 rayon və şəhərdə istilik mövsümü noyabrın 1-dən, Bakıda və digər ərazilərdə isə noyabrın 15-dən başlayır.

Cagdas.az  xəbər verir ki, bunu Azərtac-a müsahibəsində “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.

O bildirib ki, əvvəlki illərdə istilik mövsümünün noyabrın 1-dən başlanması nəzərdə tutulan şəhər və rayonların sayı cəmi 9 ədəd olub və qeyd edilən 26 rayondan 18-də “Azəristiliktəchizat” ASC-nin xidmət sahələri fəaliyyət göstərir.

“Yeni mövsümdə Bakıda və regionlarda 549 qazanxana, 87 istilik məntəqəsi və 2 yüksəldici nasos stansiyası vasitəsilə 3838 yaşayış binasının (təxminən 178 min mənzil), 272 məktəbin, 159 uşaq bağçasının, 142 səhiyyə obyektinin və digər obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Mövsümə hazırlıq işləri ilk növbədə əvvəlki mövsüm ərzində baş vermiş qəza və nasazlıq halları nəzərə alınmaqla hazırlanmış tədbirlər planına əsasən aprel ayından etibarən başlanılıb və bu müddətdə 12 min 153 metr istilik xətti dəyişdirilib, 875 dirsək yenilənib, 5458 kvadratmetr sahədə izolyasiya örtüyü bərpa edilib, 30 qazan aqreqatı əsaslı, 182-si cari təmir edilib, 1131 qazanın qızma səthi təmizlənib. 438 nasos, 5282 siyirtmə və 531 mühərrik təmir olunub, 22 dəst nasos, 312 siyirtmə və 100 ventil yenisi ilə əvəzlənib. Bundan əlavə, 135 kilometr qaz xətti yoxlanılıb, 298 metr yeni qaz xətti çəkilib. İşin miqyasını təsəvvür etmək üçün deyim ki, mövsüm boyu istilik təsərrüfatlarımızda quraşdırılmış 85 mindən çox avadanlıq və qurğu fasiləsiz işləməlidir”,- deyə o diqqətə çatdırıb.\modern.az\