Son dəqiqə
Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır Ermənistan Azərbaycana təcili delimitasiya TƏKLİF ETDİ Oktyabrda hava iqlim normasından isti olub “Binance”də təhlükəsizlik böhranı: İstifadəçilər milyardlarla dollar çıxardı Özəl məktəblər geyim qaydaları tətbiq olunacaq? Kreml: Zelenski zəng etsə, Putin telefona cavab verəcək Sabah 24 dərəcə isti olacaq ATTA-nın İdarə Heyətinin iclası macəra turizmi üzrə dünya liderlərini Kapadokiyada bir araya gətirdi – FOTOLAR Azərbaycanın hava məkanına daxil olan PUA-lar zərərsizləşdirilib Ərdoğan Azərbaycan səmasından Zəfər gününümüzü təbrik etdi – VİDEO

Yeni Konstitusiya layihəsi bu ay dərc olunacaq – Paşinyan

Cəmiyyət

Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsini artıq noyabr ayında ictimaiyyətə təqdim etməyi planlaşdırır.

Cagdas.az  xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 2-də parlamentin daimi komissiyalarının birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

“Biz yeni Konstitusiya layihəsini dərc edəcəyik, ictimai müzakirələr başlayacaq, daxil olan təkliflər təqdim edilərək nəzərdən keçiriləcək. Bu proses yeni Konstitusiya layihəsinin cəmiyyətimiz tərəfindən kifayət qədər geniş müzakirə olunduğuna əmin olana qədər davam edəcək”, – deyə Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, qarşıda duran hökumət vəzifələrinin ən mühümlərindən biri Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiya edilməsidir.

Qeyd edək ki, 2025-ci il avqustun 8-də Ermənistan və Azərbaycan sülh sazişinin mətnini paraflayıb. Sazişin imzalanması üçün ilkin şərt kimi rəsmi Bakı Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini irəli sürüb. Rəsmi Bakı bildirib ki, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur.

Azərbaycan bu mövqeyini Ermənistan Respublikası Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinadın yer alması ilə əsaslandırıb.\modern.az\