Son dəqiqə
Ən qonaqpərvər ölkələr açıqlandı – SİYAHI Bu halda ömrünüz 7 il uzanacaq İnsanları maqnit kimi cəlb edirlər – 4 xüsusi doğum günü Yerin altında yetişir, kilosu 7 min manata satılır – Sərvət dəyərindədir ABŞ tarixində ilk müsəlman senator seçilə bilər Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verilib Ermənistanda 4 vəzifəli şəxsin tualet kağızına da büdcədən pul ayrılır – ADLAR Yüz milyonlarla dollar xərcləyən İlon Maskdan seçkidən sonra diqqətçəkən PAYLAŞIM Trampın seçki məğlubiyyətindən sonra Rusiyadan ilk AÇIQLAMA Xamenei: ABŞ-da seçkilərin nəticəsi Vaşinqtonun İran siyasətini dəyişməyəcək

Azərbaycanda aeroportlarda VİP salon qaydaları dəyişdi

Cəmiyyət

Nazirlər Kabineti “Hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərin Siyahısı”nın, “Hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın və “Hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 29 oktyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib.

Cagdas.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan aeroportlarında VİP salondan istifadə hüququ olan vəzifəli şəxslərin siyahısından Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçiləri çıxarılıb, daxili hava daşımaları üzrə: Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsinin köməkçisi, Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin rəisi, Dövlət Miqrasiya Xidmətinin Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin rəisi, Naxçıvan hərbi prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin rəisi, Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordu komandanı, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, Naxçıvan Dövlət Universitetinin rektoru siyahıya daxil edilib.