Son dəqiqə
İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının fəaliyyət dairəsi genişləndirilib Kənd məktəblərinə gedən müəllimlər üçün 20,9 milyon manat ayrılacaq Prezidentdən Kamran İmanovla bağlı SƏRƏNCAM Dövlət rüsumlarından 58 milyon manat çox pul yığılması gözlənilir Büdcəyə dividend ödəyən dövlət müəssisələrinin sayı 2-dən 52-yə çatacaq Özəl sektorda gəlir vergisi 5 faizə yüksələcək İşsizlər üçün 36 milyon manat ayrılacaq Neft Fondundan büdcəyə verilən pul 935 milyon manat azalacaq Qarabağ Universitetinə ayrılan vəsait 30 faizdən çox artırılır İcbari tibbi sığortaya büdcədən 200 milyon manat çox ayrılacaq

İşsizlər üçün 36 milyon manat ayrılacaq

Cəmiyyət

2027-ci ildə işsizlikdən sığorta ödənişləri üçün 36 milyon manat ayrılması planlaşdırılır.

Cagdas.az xəbər verir ki, bu barədə İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcəsi haqqında qanun layihəsində qeyd edilib.

Haqqı ödənilən ictimai işlərin təşkili üçün isə 3 milyon 800 min manat nəzərdə tutulur.

Bundan əlavə, əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətin müştərək maliyyələşdirilməsinə 50 milyon manat yönəldilməsi planlaşdırılır.

Fondun gəlirləri 268 milyon 900 min manat proqnozlaşdırılır. Gələn ilin xərclərinin maliyyələşdirilməsi üçün əvvəlki dövrdə istifadə olunmamış vəsaitdən də 50 milyon 300 min manat cəlb edilməsi nəzərdə tutulur.

Həmçinin 2027-ci ildə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvotadan əlavə iş yerlərinin yaradılmasına 1 milyon manat ayrılması nəzərdə tutulur.

Sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi üçün ayrıca 2 milyon manat proqnozlaşdırılır.

Qanunda əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan digər aktiv məşğulluq tədbirlərinə isə 1 milyon manat yönəldilməsi planlaşdırılır.