2027-ci ildə siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsində 6 milyon manat nəzərdə tutulur.
Cagdas.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda bildirilib.
Vəsait VII çağırış Milli Məclisin deputatlarının təmsil etdikləri siyasi partiyaların maliyyələşdirilməsinə yönəldiləcək.
Həmçinin parlament seçkilərində etibarlı səslər qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan partiyaların fəaliyyətinin maliyyələşdirilməsi də nəzərdə tutulur.


