Son dəqiqə
Sosial yardıma 470 milyon manat ayrılması nəzərdə tutulur Trampdan İrana qarşı hərbi əməliyyatlarla bağlı yeni AÇIQLAMA Güzəştli ipoteka üçün 89 milyon manat ayrılacaq Rusiya–Qazaxıstan hərbi tərəfdaşlığında yeni mərhələ İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının fəaliyyət dairəsi genişləndirilib Kənd məktəblərinə gedən müəllimlər üçün 20,9 milyon manat ayrılacaq Prezidentdən Kamran İmanovla bağlı SƏRƏNCAM Dövlət rüsumlarından 58 milyon manat çox pul yığılması gözlənilir Büdcəyə dividend ödəyən dövlət müəssisələrinin sayı 2-dən 52-yə çatacaq Özəl sektorda gəlir vergisi 5 faizə yüksələcək

Büdcəyə dividend ödəyən dövlət müəssisələrinin sayı 2-dən 52-yə çatacaq

Cəmiyyət

2027-ci ildə 52 dövlət müəssisəsinin dövlət büdcəsinə dividend ödəməsi nəzərdə tutulur. 2026-cı ildə belə müəssisələrin sayı 2-dir.

Cagdas.az  xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda bildirilib.

Gələn il səhmlərində dövlətin payı olan müəssisələrdən büdcəyə 872 milyon manat dividend daxil olacağı gözlənilir. Bu, cari ilin proqnozundan 272 milyon manat və ya 45,3 faiz çoxdur.

SOCAR üzrə 434 milyon manat, “Azərbaycan Beynəlxalq Bankı” üzrə isə 175 milyon manat dividend proqnozlaşdırılır.

İlk dəfə dividend ödəməsi nəzərdə tutulan təşkilatlardan ümumilikdə 263 milyon manat gözlənilir. Bunun 71,3 milyon manatı “Azərsilah” Müdafiə Sənayesi Holdinqinin, 48,8 milyon manatı “Azərbaycan Hava Yolları”nın, 39,6 milyon manatı “Azərgold”un, 36,5 milyon manatı “Azərenerji”nin, 21,3 milyon manatı isə “Azercell Telekom”un payına düşür.

Ödənişlər dövlət müəssisələrinin xalis mənfəətinin bölüşdürülməsi və dividend siyasətinə dair qaydaların tətbiqi çərçivəsində nəzərdə tutulur.