Son dəqiqə
İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının fəaliyyət dairəsi genişləndirilib Kənd məktəblərinə gedən müəllimlər üçün 20,9 milyon manat ayrılacaq Prezidentdən Kamran İmanovla bağlı SƏRƏNCAM Dövlət rüsumlarından 58 milyon manat çox pul yığılması gözlənilir Büdcəyə dividend ödəyən dövlət müəssisələrinin sayı 2-dən 52-yə çatacaq Özəl sektorda gəlir vergisi 5 faizə yüksələcək İşsizlər üçün 36 milyon manat ayrılacaq Neft Fondundan büdcəyə verilən pul 935 milyon manat azalacaq Qarabağ Universitetinə ayrılan vəsait 30 faizdən çox artırılır İcbari tibbi sığortaya büdcədən 200 milyon manat çox ayrılacaq

Pensiyaçılara 8,7 milyard manat ayrılacaq

Cəmiyyət

2027-ci ildə əmək pensiyalarının ödənilməsinə 8 milyard 669 milyon 430 min manat yönəldilməsi planlaşdırılır.

Cagdas.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında qanun layihəsində bildirilib.

Fondun ümumi xərcləri 9 milyard 272 milyon 540 min manat nəzərdə tutulur. Bunun 8 milyard 950 milyon 60 min manatı əhaliyə ödənişlərə yönəldiləcək.

Layihəyə əsasən, Fondun gəlirləri 9 milyard 220 milyon 500 min manat olacaq. Xərclərin maliyyələşdirilməsinə əvvəlki dövrdə yaradılmış ehtiyatdan da 52 milyon 40 min manat cəlb edilməsi nəzərdə tutulur.