2027-ci ildə əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanmasına 1 milyard 100 milyon manat ayrılması nəzərdə tutulur.
Cagdas.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda qeyd edilib.
Bu, 2026-cı illə müqayisədə 200 milyon manat və ya 22,2 faiz çoxdur.
İcbari tibbi sığorta üzrə xərclər dövlət büdcəsində səhiyyəyə ayrılması nəzərdə tutulan vəsaitin 52,8 faizini təşkil edəcək.
Ümumilikdə, gələn il səhiyyə xərcləri 2 milyard 84,1 milyon manat proqnozlaşdırılır. Bu məbləğ cari illə müqayisədə 59,8 milyon manat və ya 3 faiz çoxdur.


