Son dəqiqə

Trampdan İrana qarşı hərbi əməliyyatlarla bağlı yeni AÇIQLAMA

Dünya

ABŞ Prezidenti Donald Tramp İrana qarşı nüvə silahından istifadə edilməsinə ehtiyac görmədiyini bildirib.

Çağdaş.Az xəbər verir ki, Tramp bu barədə “Politico” nəşrinə telefon müsahibəsində danışıb.

ABŞ lideri İrana qarşı həyata keçirilən əməliyyatların məqsədinə böyük ölçüdə nail olunduğunu iddia edib.

“Mənim buna ehtiyacım yoxdur. Biz onları artıq 90 faiz sıradan çıxarmışıq. Buna görə də nüvə silahından istifadəyə ehtiyac görmürəm”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti açıqlamasında Vaşinqtonun hazırkı şəraitdə İrana qarşı nüvə silahından istifadəni nəzərdən keçirmədiyini vurğulayıb.