2027-ci ildə dövlət büdcəsindən Nazirlər Kabinetinin saxlanılmasına 2026-cı illə müqayisədə 33,4 % çox – 45,166 milyon manat vəsait ayrılacaq.

Cagdas.az xəbər verir ki, bu, gələn ilin büdcə zərfində əksini tapıb.

Həmin vəsaitin 39,322 milyon manatı əməyin ödənişinə, 5,12 milyon manatı malların (iş və xidmətlərin) satın alınmasına, 510 min manatı sosial ödənişlərə, 215 min manatı isə qeyri-maliyyə aktivlərinə yönəldiləcək.