Azərbaycanda 2025-ci ilin fevralından indiyədək 16 ailə vəfat edən yaxınlarının orqanlarının bağışlanmasına razılıq verib.
Cagdas.az xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib. O, Səhiyyə Nazirliyinin Ürək Transplantasiyası Həftəsi çərçivəsində media nümayəndələri üçün təşkil etdiyi seminarda çıxış edib.
Yeganə Abbasovanın sözlərinə görə, həmin donorlardan 85 orqan köçürülüb. Bu müddətdə dörd ürək transplantasiyası həyata keçirilib. Hazırda 1500 Azərbaycan vətəndaşı orqan köçürülməsi üçün gözləmə siyahısındadır.
Qeyd edək ki, Azərbaycanda beyin ölümü qeydə alınmış donordan ilk orqan köçürülməsi 2025-ci il fevralın 6-da Mərkəzi Gömrük Hospitalında həyata keçirilib.


