Son dəqiqə

Türkiyə-Belçika matçının baş hakimi müəyyənləşdi

İdman

Türkiyə millisinin UEFA Millətlər Liqasının A Liqası 1-ci qrupunda Belçika ilə keçirəcəyi qarşılaşmanı isveçrəli hakim Sandro Şarer idarə edəcək.

UEFA Millətlər Liqasının A Liqası 1-ci qrupunda mübarizə aparan Türkiyə millisi noyabrın 12-də, saat 20:00-da İzmir şəhərində Belçika ilə qarşılaşacaq.

UEFA sözügedən görüşdə hakimlik edəcək briqadanı açıqlayıb. Gürsel Aksel Stadiumda keçiriləcək oyunda fit sahibi Sandro Schärer olacaq.

Şarerin köməkçiləri Stephane De Almeida və Jonas Erni təyin edilib. Qarşılaşmanın dördüncü hakimi isə Mirel Turkes olacaq.

Matçın VAR hakimi Lukas Fandriç, AVAR hakimi isə Luka Çibelli olacaq.

Türkiyə-Belçika qarşılaşması həm qrupdakı mövqelər, həm də komandaların turnirdəki gələcək taleyi baxımından mühüm oyunlardan biri hesab olunur.