Misli Premyer Liqasında XI turun növbəti oyunları bu gün baş tutacaq.
Çağdaş.Az xəbər verir ki, turun şənbə proqramında azarkeşləri iki maraqlı qarşılaşma gözləyir.
Günün ilk matçında saat 16:00-da “Şəfa” “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək. Görüş SOCAR Polymer Arenada keçiriləcək.
Saat 18:30-da isə “Zirə” doğma meydanda “Qəbələ”ni qəbul edəcək. Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.
Misli Premyer Liqası
XI tur | 7 noyabr
16:00 – “Şəfa” – “Araz-Naxçıvan”
18:30 – “Zirə” – “Qəbələ”


