Son dəqiqə

Peskovdan Estoniyaya sərt mesaj: Divarlar heç kimə fayda verməyib

Dünya
19 June 2025, Russia, St. Petersburg: Kremlin spokesman Dmitry Peskov speaks at the General Assembly of the Organization of Asia-Pacific News Agencies (OANA), an association of news agencies of the UNESCO member states in the Asia-Pacific region. Russian President Putin's spokesman delivers a greeting from the head of state at the event on the sidelines of the St. Petersburg International Economic Forum (SPIEF). Photo: Ulf Mauder/dpa (Photo by Ulf Mauder/picture alliance via Getty Images)

Kreml Estoniyanın müdafiə müəssisələrindən birində baş verdiyi iddia olunan təxribat hadisəsinə görə Rusiya ilə sərhədi bağlamaq qərarını tənqid edib.

Çağdaş.Az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Estoniya bu addımı ilə “divar tikir” və tarixin göstərdiyi kimi, belə siyasət həmin ölkələr üçün müsbət nəticə vermir.

“Estoniya divar tikir. Tarix göstərir ki, bir çox ölkə divarlar inşa edib və bu divarlar onları quranlara heç bir fayda gətirməyib”, – deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskov həmçinin Estoniyanın Rusiyanı təxribatda ittiham etməsinə də münasibət bildirib.

Onun sözlərinə görə, Rusiyanın sözügedən hadisədə əli olması ilə bağlı irəli sürülən iddialar tamamilə əsassızdır.

“Rusiyanın təxribat törətdiyi barədə səsləndirilən ittihamlar heç bir fakta əsaslanmır”, – Kreml sözçüsü vurğulayıb.

Qeyd edək ki, Estoniya hökuməti ölkənin müdafiə sənayesi müəssisələrindən birində baş verdiyi bildirilən təxribat hadisəsindən sonra təhlükəsizlik tədbirlərini gücləndirərək Rusiya ilə sərhədi bağlamaq qərarı qəbul edib.