Son dəqiqə
Liderlər sülh haqqında Bəyannamə qəbul etdilər – TAM MƏTN Sabah Bakıya leysan yağacaq Bakının bu rayonunda mənzillər KƏSKİN UCUZLAŞDI DSK-nın yaydığı məlumat diqqət çəkdi – Gedişhaqqı arta bilər? “Leyla Əliyevanın səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub” – Prezident Azərbaycana gətirilən şokoladlı meyvələrdə uyğunsuzluq aşkarlandı Rusiya Şimal dənizi marşrutu üzrə Çinlə əməkdaşlığı genişləndirməyə hazırdır – PUTİN “Real Madrid” bu oyunçu ilə müqaviləni 2032-ci ilə qədər uzatdı Üçtərəfli görüşdə nələr deyildi… – “Əminəm ki, tarixə düşəcəyik” DİM-in sələfi TQDK-ya kimlər rəhbərlik edib?

Sabah Bakıya leysan yağacaq

Cəmiyyət

Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Cagdas.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.

Noyabrın 20-si gecə və səhər Azərbaycanın bəzi şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.