Son dəqiqə
Bu yerlər Azərbaycan hökumətinə qaytarılır GTA V6 fenomeni səhm qiymətlərini artırdı! Prezident İlham Əliyev: Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır “Borussiya Dortmund” Yunus Akgünü transfer siyahısına daxil edib Azərbaycan Prezidenti: Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir Prezident İlham Əliyev: Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi: Myanma Rohinca müsəlmanlarına qarşı soyqırımı törədib Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib Liderlərin tarixi görüşü başa çatdı – YENİLƏNİB

Bu yerlər Azərbaycan hökumətinə qaytarılır

Cəmiyyət

Azərbaycanda qızıl və mis hasil edən “Anglo Asian Mining” şirkəti Qoşa və Ordubad müqavilə sahələri üzrə hasilat hüquqlarının müddətinin uzadılması üçün müraciət etməyəcək. Hər iki müqavilə sahəsi Azərbaycan hökumətinə qaytarılacaq.

Cagdas.az -ın məlumatına görə, şirkətdən Globalinfo.az-a bildirilib ki, hasilatın pay bölgüsü sazişinin (HPBS) şərtlərinə əsasən, Qoşa üzrə hasilat hüququnun müddəti başa çatıb, Ordubad üzrə isə müddət yaxın vaxtlarda bitəcək.

Şirkət layihə portfelini və yaxın dövr üçün böyümə imkanlarını nəzərdən keçirdikdən sonra qarşıdakı bir neçə ildə Qoşa və Ordubad sahələrinə əlavə vaxt və resurs ayırmağı strateji baxımdan məqsədəuyğun hesab etməyib. Hər iki sahə şirkətin hazırkı hasilat obyektlərindən uzaqda yerləşir və burada digər müqavilə sahələrindəki kimi hazır infrastruktur yoxdur.

Şirkət rəhbərliyinin və kapital qoyuluşlarının əsas diqqəti Xarkar və Qaradağ mis layihələrinin hasilata başlamasına yönələcək. “Anglo Asian Mining” planlaşdırılan geoloji kəşfiyyat işlərini mövcud hasilat sahələrinin genişləndirilməsinə yönəldəcək. Şirkətin gözləntisinə görə, yeni yataqlar aşkarlandığı halda mövcud infrastrukturdan istifadə mədənlərin və emal müəssisələrinin istismar müddətini uzatmağa imkan verəcək.

Hazırda şirkət HPBS-yə zəruri dəyişiklikləri Azərbaycan hökuməti ilə razılaşdırır. Dəyişikliklər razılaşdırıldıqdan sonra Milli Məclisin təsdiqinə təqdim olunacaq. Şirkət gələcəkdə Qoşa və Ordubad üzrə hasilat hüquqlarını yenidən əldə etmək üçün müraciət edə bilər.