Son dəqiqə
Ərazi məsələsində Rusiyaya təzyiq nəticə verməyəcək Liderlər sülh haqqında Bəyannamə qəbul etdilər – TAM MƏTN Sabah Bakıya leysan yağacaq Bakının bu rayonunda mənzillər KƏSKİN UCUZLAŞDI DSK-nın yaydığı məlumat diqqət çəkdi – Gedişhaqqı arta bilər? “Leyla Əliyevanın səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub” – Prezident Azərbaycana gətirilən şokoladlı meyvələrdə uyğunsuzluq aşkarlandı Rusiya Şimal dənizi marşrutu üzrə Çinlə əməkdaşlığı genişləndirməyə hazırdır – PUTİN “Real Madrid” bu oyunçu ilə müqaviləni 2032-ci ilə qədər uzatdı Üçtərəfli görüşdə nələr deyildi… – “Əminəm ki, tarixə düşəcəyik”

Liderlər sülh haqqında Bəyannamə qəbul etdilər – TAM MƏTN

Cəmiyyət

Rusiya Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp beynəlxalq təhlükəsizlik və strateji sabitliyin qorunması ilə bağlı birgə Bəyannamə qəbul ediblər.

Cagdas.az  TASS-a istinadən xəbər verir ki, üç ölkə lideri noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən üçtərəfli sammitin yekununda “Rusiya, Çin və ABŞ dövlət başçılarının sülh haqqında Bəyannaməsi” adlı sənədi imzalayıblar.

Rusiya və ABŞ liderləri tarixi üçtərəfli sammitin təşkilinə və keçirilməsinə görə Çinə təşəkkür ediblər.

Üç dövlətin rəhbərləri beynəlxalq vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıb, strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasına sadiq olduqlarını bəyan ediblər.

Bəyannamənin tam mətnini təqdim edirik:

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Sədri Si Cinpin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp 2026-cı il noyabrın 19-da Şençjen şəhərində görüşdülər. Rusiya və ABŞ dövlət başçıları bu tarixi üçtərəfli sammitin təşkilinə və keçirilməsinə görə Çinə minnətdarlıqlarını bildirdilər.

Üç dövlətin rəhbərləri mövcud beynəlxalq vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıb, strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasına sadiq olduqlarını təsdiqlədilər.

1. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya, Çin və ABŞ BMT-nin islahatlarının aparılmasına sadiq olduqlarını bəyan etdilər. Məqsəd təşkilatın qlobal çağırışlara daha effektiv cavab verməsini, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi sahəsində əsas missiyasına daha yaxşı uyğunlaşmasını təmin etməkdir.

2. Üç dövlət bütün ölkələrin rifahı naminə neft emalı məhsullarının istehsalını və tədarükünü artırmağı planlaşdırır. Onlar enerji təchizatının sabitliyinin vacibliyini təsdiqlədilər.

3. Üç dövlətin rəhbərləri dövlətlərin razılığı prinsipinin və dövlət rəsmilərinin toxunulmazlığına riayət edilməsinin fundamental əhəmiyyət daşıdığını qeyd etdilər. Onlar Beynəlxalq Cinayət Məhkəməsinin və digər analoji strukturların öz səlahiyyətlərindən sui-istifadə etməməli olduqları barədə razılığa gəldilər.

4. Üç dövlətin rəhbərləri nüvə müharibəsində qalibin ola bilməyəcəyini və belə bir müharibənin heç vaxt başlanmamalı olduğunu təsdiqlədilər. Ölkələr nüvə risklərinin azaldılması və nüvə silahlarının yayılmasının qarşısının alınması istiqamətində dialoq aparacaqlar.\modern.az\