13 il ərzində hazırlanan və dəyərinin 1 milyard dolları keçdiyi ehtimal olunan “Grand Theft Auto VI” (GTA 6) oyunu əvvəlcə saat fərqinə görə Yeni Zelandiyada, daha sonra isə dünyanın qalan ölkələrində satışa çıxarılıb.
Çağdaş.Az xəbər verir ki, oyunun həm tənqidçilərdən yüksək qiymət alması, həm də oyunçuların 13 illik gözləntinin doğrulduğunu bildirməsi onun istehsalçısı olan şirkətin səhmlərinə də müsbət təsir göstərib.
ABŞ-ın Nasdaq birjasında ticarət olunan “Take-Two Interactive” şirkətinin səhmləri son ticarət gününü 6,22 faiz artımla başa vurub.
Oyunun ilk dəfə Yeni Zelandiyada istifadəyə verilməsindən sonra məşhur strimerlərin canlı yayımlarını izləyənlərin sayı 4–5 milyonu ötüb.
Bundan əlavə, ABŞ-ın NBA liqasında çıxış edən Mayami Siti komandası son oyununda meydançaya GTA 6-nın keçdiyi uydurma Vice City şəhərinin mövzusuna uyğun xüsusi dizayn edilmiş forma ilə çıxıb.
Analitiklər hesab edirlər ki, GTA 6-nın uğurlu startı yaxın aylarda həm Take-Two Interactive-in maliyyə göstəricilərinə, həm də oyun sənayesinin gəlirlərinə əhəmiyyətli təsir göstərə bilər.


