Son dəqiqə
GTA V6 fenomeni səhm qiymətlərini artırdı! Prezident İlham Əliyev: Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır “Borussiya Dortmund” Yunus Akgünü transfer siyahısına daxil edib Azərbaycan Prezidenti: Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir Prezident İlham Əliyev: Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi: Myanma Rohinca müsəlmanlarına qarşı soyqırımı törədib Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib Liderlərin tarixi görüşü başa çatdı – YENİLƏNİB Yeni türk dövləti qurulur: Ukrayna ilə razılıq əldə edildi

“Borussiya Dortmund” Yunus Akgünü transfer siyahısına daxil edib

İdman

Almaniyanın nəhəng klublarından olan Borussia Dortmund “Qalatasaray”ın və Türkiyə millisinin üzvü Yunus Akgünü transfer siyahısına daxil edib.

Türkiyə mətbuatının yaydığı məlumata görə, Dortmund təmsilçisinin qış transfer pəncərəsində futbolçu üçün rəsmi təklif göndərməsi gözlənilir.

Bildirilir ki, komandanın baş məşqçisi Niko Kovaç sağ cinahda təbii mövqedə çıxış edən futbolçunun olmaması səbəbindən 26 yaşlı Yunus Akgünü heyətində görmək istəyir.

Bununla belə, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk yarımmövsüm transfer dövründə futbolçunun komandadan ayrılmasının əleyhinədir.

Məlumata əsasən, İstanbul təmsilçisi ilə 2029-cu ilə qədər müqaviləsi olan Yunus Akgün də hazırda klubunu tərk etməyi düşünmür. Bu səbəbdən transferin reallaşmasının çətin olduğu qeyd edilir.