Son dəqiqə
“Şərq qapısı” qəzetinin 105 illik yubileyi qeyd edilib – FOTOLAR Tədris Cərrahiyyə Klinikasında qalmaqal – Tibbi aparatlar işləmir, həkimlərin 5 aylıq maaşı verilmir – RƏSMİ CAVAB Bu yol 7 saat bağlı olacaq Rüşvət, qohumbazlıq, universiteti məhkəməyə verən tələbə – BDU-da baş verən biabırçılıqlar Dövlət müəssisələri ilə bağlı mühüm qərar – Yeni plan bəlli oldu Mehriban Əliyeva və qızlarına ənənəvi Vyetnam qəhvəsinin hazırlanma üsulu göstərildi – FOTOLAR Əhalinin son sayı – Açıqlandı “Sabah” – “Barselona” matçında inanılmaz anşlaq gözlənilir – Bu sayda bilet satılıb Bu qurumlar bağlanacaq, digərləri birləşdiriləcək – AÇIQLAMA Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü – FOTOLAR

Bu yol 7 saat bağlı olacaq

Cəmiyyət

Noyabrın 21-də saat 23:00-dan 05:45-dək metronun “Koroğlu” stansiyasından hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işlər aparılacaq.

Çağdaş.Az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.

Qurumdan bildirilib ki, bununla əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və alternativ istiqamətlər üzrə təşkil ediləcək.

“Sürücülər şəhərin mərkəzindən Hava limanı istiqamətinə alternativ yol olaraq metronun “Koroğlu” stansiyasının yanından Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavar Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmaddədin Nəsimi və Əli İsaqzadə küçələrindən, bununla yanaşı “8 Noyabr” prospektindən Zığ şosesinə keçməklə də hərəkət edə bilərlər.

Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən yaranacaq məhdudiyyətlə əlaqədar olaraq hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi və nəqliyyat vasitələrinin müvafiq istiqamətlərə yönləndirilməsi məqsədilə xidmət təşkil ediləcək.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur”,- məlumatda qeyd edilib.