Son dəqiqə
Ceffri Saks: Putin, Tramp və Si Cinpin BMT islahatlarının əsasını qoydu Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı – Bel ağrısının səbəbi nədir? Artıq hər kəs superhaker ola bilər: Dünya kibertəhlükəsizlik böhranı ilə üz-üzədir Dünya iqtisadiyyatı təhlükə qarşısındadır – KİV Türkiyə böyük oyunun üstünü açdı – ABŞ, İsrail və Yunanıstan izi! Paytaxtda kirayə mənzillər sürətlə bahalaşır – FOTO Beş ildə 47 faizdən çox azalma: Qubanın alma bağları niyə kiçilir? – FOTO Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: “Dedilər ki, çəkin çoxdur” – VİDEO Sahil Babayevdəm yeni TƏYİNAT Azərbaycan vətəndaşlığından imtina etdi – Səbəbi isə…

Sahil Babayevdəm yeni TƏYİNAT

İqtisadiyyat

Maliyyə Nazirliyinə məxsus “Rəqəmsal Maliyyə Mərkəzi” MMC-yə direktor təyin edilib.

Çağdaş.Az xəbər verir ki, nazir Sahil Babayevin əmriylə bu vəzifəyə Nurlan Soltanov gətirilib.

Məlumatda deyilir ki, o, indiyə qədər nazirliyin Aparatının Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

“Rəqəmsal Maliyyə Mərkəzi” 2005-ci ildən fəaliyyət göstərən “Məlumat Hesablama Mərkəzi” MMC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6 min manatdır. Mərkəz maliyyə informasiya sistemlərinin inkişafı, istismarı, modernləşdirilməsi və fasiləsiz fəaliyyətinin səmərəli təşkil edilməsi, informasiya təhlükəsizliyi üzrə mövcud standartlara uyğun idarəetmə mexanizmlərinin tətbiqi və gücləndirilməsi, əsas və ehtiyat məlumat mərkəzlərinin fasiləsiz işinin təmin edilməsi, eləcə də maliyyə əməliyyatlarının elektron mühitdə daha çevik və inteqrasiya olunmuş formada idarə olunması üçün fəaliyyət göstərir./Report/