Son dəqiqə
Ceffri Saks: Putin, Tramp və Si Cinpin BMT islahatlarının əsasını qoydu Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı – Bel ağrısının səbəbi nədir? Artıq hər kəs superhaker ola bilər: Dünya kibertəhlükəsizlik böhranı ilə üz-üzədir Dünya iqtisadiyyatı təhlükə qarşısındadır – KİV Türkiyə böyük oyunun üstünü açdı – ABŞ, İsrail və Yunanıstan izi! Paytaxtda kirayə mənzillər sürətlə bahalaşır – FOTO Beş ildə 47 faizdən çox azalma: Qubanın alma bağları niyə kiçilir? – FOTO Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: “Dedilər ki, çəkin çoxdur” – VİDEO Sahil Babayevdəm yeni TƏYİNAT Azərbaycan vətəndaşlığından imtina etdi – Səbəbi isə…

Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: “Dedilər ki, çəkin çoxdur” – VİDEO

Cəmiyyət

Baku TV-nin qaynar xəttinə müraciət edən Cəlilabad rayonunun Göytəpə şəhər sakini 48 yaşlı Zahid Qədirov illərdir ağır mədə-bağırsaq xəstəliyindən əziyyət çəkdiyini bildirir.

Çağdaş.Az xəbər verir ki, şikayətçinin sözlərinə görə, ona 2019-cu ildə onikibarmaq bağırsaq xorası diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilib. Lakin 2024-cü ilin yanvarında beşillik müddət başa çatdıqdan sonra əlilliyin bərpası üçün etdiyi müraciətlər nəticəsiz qalıb. O, hazırda çətin vəziyyətdə olduğunu bildirərək kömək istəyir.

“Dəfələrlə müraciət etmişəm. Hər dəfə müxtəlif səbəblər göstəriblər. Bir dəfə müalicə müddətinin az olduğunu yazdılar. Sonra müalicəmi davam etdirdim, amma yenə imtina cavabı gəldi və məni Masallıya göndərdilər. Məsələn, çəkimin üç-dörd kiloqram artıq olduğunu bildirdilər. Buna görə də əlilliyin təyin olunmasından imtina etdilər. Dedilər ki, çəkim normadan bir qədər artıqdır. Mən də çalışıram ki, bir az çəki atım, arıqlayanda vəziyyətim pisləşir. Onikibarmaq bağırsaq xorası xəstəliyim davam edir. Hazırda heç yerdə işləmirəm. Üç övladım var. Xahiş edirəm ki, əlilliyimin bərpa olunması üçün dövlət qurumları mənə kömək etsin”, – deyə Zahid Qədirov bildirib.