Son dəqiqə
Ceffri Saks: Putin, Tramp və Si Cinpin BMT islahatlarının əsasını qoydu Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı – Bel ağrısının səbəbi nədir? Artıq hər kəs superhaker ola bilər: Dünya kibertəhlükəsizlik böhranı ilə üz-üzədir Dünya iqtisadiyyatı təhlükə qarşısındadır – KİV Türkiyə böyük oyunun üstünü açdı – ABŞ, İsrail və Yunanıstan izi! Paytaxtda kirayə mənzillər sürətlə bahalaşır – FOTO Beş ildə 47 faizdən çox azalma: Qubanın alma bağları niyə kiçilir? – FOTO Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: “Dedilər ki, çəkin çoxdur” – VİDEO Sahil Babayevdəm yeni TƏYİNAT Azərbaycan vətəndaşlığından imtina etdi – Səbəbi isə…

Qızılı çox olanlara PİS XƏBƏR

Cəmiyyət

Dünya bazarlarında qızıl və gümüşün qiymətində eniş davam edir.

Çağdaş.Az bildirir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha sərt və aqressiv şəkildə artıra biləcəyi ilə bağlı gözləntilər, eləcə də süni intellekt şirkətlərinin səhmlərində müşahidə olunan kəskin ucuzlaşma qiymətli metallara təzyiqi daha da gücləndirib.

Nəticədə qızılın bir troya unsiyasının qiyməti 2025-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə – əvvəlki bağlanışla müqayisədə 3,2 faiz azalaraq 3 516 dollara düşüb. Həftəlik itkiləri təxminən 9 faizə çatan qızıl mart ayından bəri ən kəskin ucuzlaşmasını qeydə almağa hazırlaşır.

Qiymətli metallardakı ucuzlaşma gümüş bazarına da təsirsiz ötüşməyib. Gümüşün bir unsiyasının qiyməti 4 faizdən çox geriləyərək 41 dollara enib.

Analitiklərin fikrincə, fevralın sonunda başlayan ABŞ-İran müharibəsi enerji xərclərini artıraraq inflyasiyanı daha da gücləndirib. Bu isə FED-in faiz dərəcələrini aşağı salacağı ilə bağlı gözləntiləri zəiflədib və faiz endirimi ehtimalını 2027-ci ildən sonraya təxirə salıb.

Bəzi ekspertlər isə bazarlarda müşahidə olunan kəskin qiymət dəyişikliklərinin iri həcmli investisiya fondlarından böyük kapital axını ilə deyil, alıcıların bazardan geri çəkilməsi nəticəsində yaranan likvidlik çatışmazlığıyla əlaqəli olduğunu bildirirlər./Musavat.com/