Son dəqiqə

Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini təqdim etdi

Cəmiyyət

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib.

Cagdas.az xəbər verir ki, Paşinyan bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

“Ermənistan Respublikasının yeni Konstitusiya layihəsini bu məqsədlə yaradılmış xüsusi sayt vasitəsilə təqdim etməkdən məmnunam. Sayt hər bir vətəndaşın layihəni rahat oxuya və təkliflərini təqdim edə bilməsi üçün yaradılıb”, – Paşinyan bildirib.

Layihənin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yer almayıb. Qüvvədə olan Konstitusiyanın preambulasında isə həmin sənədə istinad edilir. Bəyannamədə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-lə birləşdirilməsi barədə qərara istinad var.

Paşinyan saat 10:00-da canlı yayımda xalqa müraciət edəcəyini də açıqlayıb.\modern.az\