Son dəqiqə
Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı Bakıda qarajlar rekord həddə BAHALAŞDI Ağcaqanadlarla mübarizədə yeni mərhələ – Həll yenə ağcaqanadlardan gəldi Günün rəsmi məzənnələri açıqlandı Süni Ay torpağında kartof yetişdirildi – Astronavtların gələcək qida mənbəyi ola bilər Bakıda aparıcı ad gününü keçirdikdən sonra faciəvi şəkildə öldü (Foto-Video) Sevdiyini heç vaxt unutmayan 5 bürc Nvidia qalmaqalı böyüyür: NYT Alis Huanq barədə yeni iddia irəli sürdü Bakıda yağış yağacaq, dağlara qar düşəcək – Bu günün havası Nuhun gəmisinin izi tapılıb? ABŞ laboratoriyasından ilk nəticələr gəldi

Ağcaqanadlarla mübarizədə yeni mərhələ – Həll yenə ağcaqanadlardan gəldi

Dünya

Braziliyada aparılan genişmiqyaslı araşdırma göstərib ki, volbaçia bakteriyası daşıyan xüsusi ağcaqanadların tətbiqi denqe qızdırması və çikunqunya virusuna yoluxma hallarını təxminən 69 faiz azalda bilər.

Çağdaş.Az xəbər verir ki, araşdırma nəticələrinə görə, bu xüsusi ağcaqanadların geniş yayıldığı məhəllələrdə yaşayan uşaqlarda denqe qızdırması və çikunqunya virusuna yoluxma riski digər ərazilərlə müqayisədə xeyli aşağı olub.

Dünyada denqe qızdırmasının ən çox yayıldığı bölgələrdən birində 5 700-dən çox uşağın iştirakı ilə aparılan tədqiqat göstərib ki, yalnız insektisidlərdən istifadə etmək və ağcaqanad sancmalarından qorunmağa çalışmaq əvəzinə, virusu ötürməyən ağcaqanadların yetişdirilməsi daha effektiv strategiya ola bilər.

Beynəlxalq tədqiqat qrupunun üzvü, ABŞ-ın “Emory” Universitetinin alimi Sri Edupuqanti bildirib ki, volbaçia bakteriyası daşıyan ağcaqanadların buraxıldığı məhəllələrdə məktəb yaşlı uşaqlar arasında denqe qızdırması və çikunqunya infeksiyalarında təxminən 69 faizlik azalma qeydə alınıb.

Onun sözlərinə görə, bu qoruyucu təsir Braziliyada 2024-cü ildə baş vermiş genişmiqyaslı denqe qızdırması epidemiyası zamanı da özünü göstərib.

Tədqiqatın nəticələri ABŞ-ın Florida ştatında son onilliklərin ən böyük denqe qızdırması yayılmalarından birinin müşahidə olunduğu dövrdə açıqlanıb.

ABŞ-da denqe qızdırmasına yoluxma halları əsasən xarici ölkələrə səfər etmiş şəxslərdə qeydə alınsa da, Florida ştatının səhiyyə qurumları artıq 650-dən çox yerli yoluxma halı təsdiqləyib. Yoluxmaların təxminən dörddə üçü Tampa şəhərinin yerləşdiyi Hillsboro dairəsinin payına düşür.

Mütəxəssislər hesab edirlər ki, volbaçia bakteriyası daşıyan ağcaqanadların geniş tətbiqi gələcəkdə ağcaqanad mənşəli viruslarla mübarizədə mühüm rol oynaya bilər.