Son dəqiqə

“myGov” biznes platforması istifadəyə veriləcək

Cəmiyyət

“Yaxın gələcəkdə “myGov” biznes platformasının ilkin pilot versiyasının istifadəyə verilməsi nəzərdə tutulub”. 

Cagdas.az  Fed.az-a istinadla xəbər verir ki, bu sözləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov  X Beynəlxalq Bankçılıq Forumunda deyib.

Onun sözlərinə görə, artıq rəqəmsal transformasiya sürətləndikcə dövlətlər məhz xidmətlərin proaktiv olması, optimallaşdırılması və data əsaslı qərarların qəbul olunması üçün süni intellekt həllərindən aktiv şəkildə istifadə olunur:

“Bu xüsusda da biz ayrı-ayrı dövlət qurumları ilə imzalanmış yol xəritələri çərçivəsində dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqini aktiv şəkildə irəli aparırıq. Bu istiqamətdə infrastruktur layihələri, data yönümlü qərarların qəbul olunması üçün ayrı-ayrı sektorlarda süni intellekt həllərinin tətbiqini təşviq edirik. Artıq növbəti mərhələdə biz dövlət xidmətlərinin daha çox proaktiv və agent əsaslı həyata keçirilməsini strateji təşəbbüs kimi özümüzə əldə rəhbər tutmuşuq”.

Fərid Osmanov bildirib ki, digər komponent məhz innovasiya ekosisteminin qurulmasıdır:

“İnnovasiya ekosistemi özündə həm rəqəmsallaşmanı, həm süni intellekti, həm də digər sahələri də ehtiva edir. Ötən ilin oktyabr ayında innovasiya ekosisteminin genişləndirilməsi istiqamətində böyük bir qanunvericilik paketi qəbul olunmuşdur və bu paketin hazırlanmasında istisna olaraq vençur fondlarını və kraudfan istiqamətində Mərkəzi Bankla sıx əməkdaşlıq etmişik. Bunun üçün Mərkəzi Bank komandasına və rəhbərliyinə təşəkkürümüzü bildiririk”.