Son dəqiqə
İran ABŞ-yə 7 şərt irəli sürdü – Əks halda danışıqlara getməyəcək Bakıda mənzil almaq istəyən 172 nəfər aldadılıb İranın Borçalı azərbaycanlıları ilə bağlı gizlinləri ÜZƏ ÇIXDI “Qarabağ erməniləri”nin pasportuna niyə Azərbaycan yazıldığı AÇIQLANDI Bakı metrosunun iş vaxtı 1 saat uzadıldı DİM-in sədri vəzifəsini kimin icra edəcəyi açıqlandı – RƏSMİ Deputatlar noyabrın 27-si yenidən toplaşacaqlar Gömrük əməkdaşlarının rotasiya qaydası dəyişir Məhkəmə ekspertlərinin ixtisas və ali təhsil tələblərinə yenidən baxılır Yoxlasan, babası lütün biri olub – Siyavuş Novruzov məmurlara söz atdı

Bakıda mənzil almaq istəyən 172 nəfər aldadılıb

Cəmiyyət

Bakıda mənzil satışı adı altında vətəndaşların xüsusilə külli miqdarda vəsaitini ələ keçirməkdə təqsirləndirilən “Vesta Construction” MMC-nin təsisçisi Ceyhun Quliyevin cinayət işi məhkəməyə göndərilib.

Cagdas.az  xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Bildirilib ki, Bakının Nizami rayonunda tikinti işləri ilə əlaqədar mənzilləri sökülən sakinlərə uzun müddət yeni mənzillərin verilməməsi barədə daxil olan məlumatlar əsasında araşdırma aparılıb.

İstintaq zamanı Ceyhun Quliyevin “My Home” yaşayış kompleksində əvvəllər başqa şəxslərə satılmış mənzilləri və digər əmlakları yenidən satmaq adı ilə vətəndaşların pul vəsaitlərini ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Şirkətin təsisçisinə xüsusilə külli miqdarda dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə ittiham elan olunub. Barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 172 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

İbtidai istintaq tamamlanaraq cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.\modern.az\