Son dəqiqə
“Qarabağ erməniləri”nin pasportuna niyə Azərbaycan yazıldığı AÇIQLANDI Bakı metrosunun iş vaxtı 1 saat uzadıldı DİM-in sədri vəzifəsini kimin icra edəcəyi açıqlandı – RƏSMİ Deputatlar noyabrın 27-si yenidən toplaşacaqlar Gömrük əməkdaşlarının rotasiya qaydası dəyişir Məhkəmə ekspertlərinin ixtisas və ali təhsil tələblərinə yenidən baxılır Yoxlasan, babası lütün biri olub – Siyavuş Novruzov məmurlara söz atdı Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı – (Video) Vəzifəli şəxslərin torpaqları, biznesləri, gizli əlaqələri… – Parlamentdə yeni qanun Anar Ələkbərov Vatikan Apostol Arxivi ilə sənəd imzaladı

Bakı metrosunun iş vaxtı 1 saat uzadıldı

Cəmiyyət

Noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı ilə əlaqədar Bakı metropoliteninin Qırmızı xəttində (M1) dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.

Bu barədə  Cagdas.az -a“Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, Qırmızı xəttin (M1) bütün stansiyaları saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq. Stansiyalara əlavə işçi qüvvəsi cəlb olunmaqla nəzarət gücləndiriləcək.

Məlumatda qeyd edilib ki, qarşılaşmadan sonra qatarların hərəkəti “Koroğlu” stansiyasındakı sərnişin axınına uyğun tənzimlənəcək. Gün ərzində qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək.

Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə isə iş rejimi dəyişdirilməyəcək.