Son dəqiqə
Bakı metrosunun iş vaxtı 1 saat uzadıldı DİM-in sədri vəzifəsini kimin icra edəcəyi açıqlandı – RƏSMİ Deputatlar noyabrın 27-si yenidən toplaşacaqlar Gömrük əməkdaşlarının rotasiya qaydası dəyişir Məhkəmə ekspertlərinin ixtisas və ali təhsil tələblərinə yenidən baxılır Yoxlasan, babası lütün biri olub – Siyavuş Novruzov məmurlara söz atdı Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı – (Video) Vəzifəli şəxslərin torpaqları, biznesləri, gizli əlaqələri… – Parlamentdə yeni qanun Anar Ələkbərov Vatikan Apostol Arxivi ilə sənəd imzaladı ABŞ senatoru TRIPP layihəsinə görə İlham Əliyevi təbrik edib

DİM-in sədri vəzifəsini kimin icra edəcəyi açıqlandı – RƏSMİ

Cəmiyyət

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrasının kimin həyata keçirəcəyi məsələsinə aydınlıq gətirilib.

Cagdas.az bildiriri ki DİM-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzin İdarə Heyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrasının həvalə edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə müəyyən olunur.

Qeyd edək ki, Məleykə Abbaszadə noyabrın 19-da DİM-in İdarə Heyətinin sədri vəzifəsindən azad edildikdən sonra quruma yeni rəhbərin təyinatı və ya səlahiyyətlərin müvəqqəti icrası ilə bağlı hələlik rəsmi sərəncam imzalanmayıb.

Hazırda ictimaiyyətin və təhsil camiəsinin diqqəti dövlət başçısının bu istiqamətdə verəcəyi qərara yönəlib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi İdarə Heyəti sədrinin iki müavini fəaliyyət göstərir: Bəhram Xəlilov və Namiq Babayev.