Son dəqiqə
BDYPİ sürücülərə xəbərdarlıq etdi Sabiq icra başçısının 3 milyon manatlıq əmlakı üzərinə həbs qoyuldu – Siyahı İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşıldı İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi Vaşinqtonun qərarı Berlini narahat edir – ABŞ hərbçiləri Almaniyanı tərk edə bilər Misir Mərdanov Məleykə Abbaszadəyə tabe olacaq – Bir-birlərini ittiham edirdilər Xaricə satılan malların puluna gömrük nəzarət edəcək Papa XIV Levdən dünyaya çağırış: İqlim böhranı milyonlarla insanın həyatını təhdid edir Bu axşam Bakıda ictimai nəqliyyatda gediş 1 qəpik olacaq Azərbaycanda yeni Mərkəz yaradıldı

Sabiq icra başçısının 3 milyon manatlıq əmlakı üzərinə həbs qoyuldu – Siyahı

Cəmiyyət

Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayevin əmlakı üzərinə həbs qoyulub.

Cagdas.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, icra başçısının mülklərinin demək olar, hamısı Bakıda yerləşir:

1. Bakıda fərqli ünvanlarda bir neçə mənzil;

2. Bağ evi;

3. Qeyri-yaşayış sahələri (obyektlər);

4. Üç bahalı minik avtomobili;

5. Doğulduğu Göyçay rayonunda bağ evi.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında üzərinə həbs qoyulan əmlakların ümumi qiyməti 3 milyon manata yaxındır.

Artıq DTX bu iş üzrə istintaqı bitirib. İslam Rzayevə qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2 (mənimsəmə-külli miqdarda), 311.3.2, 311.3.1, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə yekun ittiham verilib. Bu maddələrin sanksiyasında 10 ildən çox həbs cəzası nəzərdə tutulur.

Eks-icra başçısının işi Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə araşdırılacaq. İlk məhkəmə gələn cümə keçiriləcək.

Qeyd edək ki, İslam Rzayev ötən il DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.