Son dəqiqə
Kommunal ödənişlərlə bağlı ABONENTLƏRİN DİQQƏTİNƏ Noyabrın 26-na olan hava proqnozu açıqlandı BDYPİ sürücülərə xəbərdarlıq etdi Sabiq icra başçısının 3 milyon manatlıq əmlakı üzərinə həbs qoyuldu – Siyahı İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşıldı İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi Vaşinqtonun qərarı Berlini narahat edir – ABŞ hərbçiləri Almaniyanı tərk edə bilər Misir Mərdanov Məleykə Abbaszadəyə tabe olacaq – Bir-birlərini ittiham edirdilər Xaricə satılan malların puluna gömrük nəzarət edəcək Papa XIV Levdən dünyaya çağırış: İqlim böhranı milyonlarla insanın həyatını təhdid edir

Noyabrın 26-na olan hava proqnozu açıqlandı

Cəmiyyət

Noyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cagdas.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 14-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq