Son dəqiqə
Bayramdan sonra ucuz ət gözləyənlərə PİS XƏBƏR – Bahalaşma davam edəcək Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? – AÇIQLAMA Bakının mərkəzinə maşınla girmək pullu olacaq: Ödəniş necə hesablanacaq? Məktəblərdə dərs saatları DƏYİŞİR Avtobuslar üçün xüsusi svetofor istifadəyə verildi Azərbaycanlı tələbələrin vizaları niyə rədd edilir? – İtaliyadan AÇIQLAMA “Səhər indi açılıb 106-cı sıradayam” – Xəstəxanalarda nə baş verir? – VİDEO Gələn il 1,1 milyon insanın pensiyası artırılacaq – nazir Müvafiq təhsil tələblərinə cavab verən müharibə veteranları ümumi, peşə və orta ixtisas təhsili müəssisələrində çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə təyin oluna biləcəklər. Baş nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”də əksini tapıb. Əsasnaməyə görə, pedaqoji təhsili olmayan çağırışaqədərki hazırlıq rəhbərləri üçün Elm və Təhsil Nazirliyi tərəfindən pedaqogika, psixologiya və təlim strategiyaları üzrə kurslar təşkil ediləcək. Bura hansı hərbiçilərin aid olacağı və mövzuyla bağlı təhsil eksperti Elçin Əfəndi Modern.az-a danışıb. Onun sözlərinə görə tədris prosesində xüsusi xidmətləri ilə seçilən veteranlar iştirak etməlidir. “Ümumtəhsil və orta ixtisas təhsili müəssisələrində tədris olunan “Çağırışaqədərki hazırlıq” fənninin müharibə veteranları tərəfindən tədris edilməsi böyük əhəmiyyət kəsb edir. Təbii ki, bu tədris prosesini dövlət tərəfindən hərbi təltiflərə layiq görülmüş, xüsusi xidmətləri ilə seçilən və müəyyən statusa malik şəxslər həyata keçirə bilərlər. Ətraflı Ad – 00:02 Bu fənni tədris edəcək şəxslərin hərbi sənədləri qaydasında olmalı, peşəkar bacarıqları tam formalaşmalıdır. Təhsil səviyyəsinə gəldikdə isə, burada ali və ya orta ixtisas təhsilli şəxslərə daha çox üstünlük verilməsi məqsədəuyğundur. Eyni zamanda, həmin şəxslər zəruri hərbi-nəzəri biliklərə dərindən yiyələnməlidirlər ki, şagirdlərə və tələbələrə bu sahənin əsaslarını düzgün şəkildə ötürə bilsinlər. Müasir dövrün tələblərinə uyğun olaraq, gənclərdə yalnız ənənəvi hərbi biliklər deyil, həm də müvafiq texniki və texnoloji alətlərlə işləmək vərdişləri formalaşdırılmalıdır. Xüsusilə hərbi təyinatlı xüsusi aparatların, məsələn, dronların idarə olunması və onlardan istifadə bacarıqlarının təhsilalanlara öyrədilməsi bu gün olduqca vacibdir”. Hansı veteranların məktəblərdə dərs deyə biləcəyi açıqlandı

Gecə növbəsi qanunvericilikdə necə tənzimlənir?

Cəmiyyət

Müasir iş həyatında bir çox sahələr səhiyyə, nəqliyyat, sənaye, xidmət və media sektoru fasiləsiz fəaliyyət tələb edir. Bu isə yüzlərlə əməkdaşın gündüz deyil, gecə saatlarında işləməsi deməkdir.

Cagdas.az Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələri əsasında əsas məqamları nəzərdən keçirib.

Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən, saat 22:00-dan səhər saat 06:00-dək olan müddət gecə vaxtı sayılır.  Qanunvericilik bəzi kateqoriya işlər üçün gecə saatlarında əlavə güzəşt də nəzərdə tutur: əmək şəraiti ağır və zərərli olan iş yerlərində, eləcə də xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır. Bu qayda həm işçinin sağlamlığının qorunmasına, həm də gecə yükünün balanslaşdırılmasına xidmət edir.

Gecə və ya növbəli rejimdə çalışanlar üçün ən həssas məqamlardan biri iş növbələri arasındakı bərpa müddətidir. 103-cü maddənin 4-cü hissəsinə görə, işçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı ən azı 12 saat olmalıdır. Növbəli iş vaxtı rejimində isə işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir.

98-ci maddə gecə vaxtı yerinə yetirilən işlərə cəlb etmə zamanı xüsusi sosial və tibbi təminatları müəyyənləşdirir:

18 yaşdan aşağı işçilər: Gecə vaxtı yerinə yetirilən işlərə yaşı 18-dən az olan işçilərin cəlb edilməsinə qəti yol verilmir.

Əlilliyi olan işçilər: Bu kateqoriyadan olan şəxslər gecə işinə yalnız öz yazılı razılıqları ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.

Ailə və sağlamlıq vəziyyəti ilə bağlı həssas qruplar: Hamilə qadınlar, 14 yaşınadək uşağı olan və ya əlilliyi olan uşağı tərbiyə edən qadınlar (Məcəllənin 242-ci maddəsi nəzərə alınmaqla), həmçinin üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı görülən işlərə yalnız yazılı razılıqları əsasında cəlb oluna bilərlər.

Qanunvericilik təkcə qadağa və məhdudiyyətlərlə kifayətlənmir, həm də işin təşkilində çeviklik və sosial yanaşma tələb edir. 98-ci maddənin 4-cü hissəsinə əsasən, növbəli iş vaxtı rejimi təşkil edilərkən və işçi gecə növbəsinə təyin olunarkən onun xüsusi ehtiyacları, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə bağlı hallar əsaslandırıldıqda və mümkün olduqda nəzərə alınmalıdır.

Nəticə etibarilə, gecə növbəsi həm işəgötürəndən dəqiq qrafik və qanuni prosedurlara əməl etməyi, həm də işçidən öz hüquq və təminatlarını bilməyi tələb edir. Aydın qaydalar və düzgün qurulmuş növbə cədvəli həm əmək məhsuldarlığını artırır, həm də mümkün əmək mübahisələrinin qarşısını alır.\modern.az\