Son dəqiqə
Hindistan Azərbaycan və Ermənistan arasında sülh prosesini alqışlayır Azərbaycanla Hindistan əməkdaşlığı genişləndirə bilər – XİN rəhbəri Milli Məclisin növbəti iclasının vaxtı məlum olub Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq Aqrar subsidiyaların hüquqi statusu qanunla müəyyənləşdirilir “Aqrar sahə haqqında” qanun layihəsi təsdiq olundu Kənd yerlərində qaz limitləri artırılsın – Zahid Oruc Ziyafət Əsgərovdan Siyavuş Novruzova cavab: “Hərbçinin məntiqi də olmalıdır” “Hərbi xidmət qaydaları NATO standartlarına uyğunlaşdırılmalıdır” Zabitlərin hərbi rütbədə olma müddəti azaldılır

Daha bir bina SÖKÜLƏCƏK: sakinlər mənzillərindən KÖÇÜRÜLƏCƏKLƏR

Cəmiyyət

Goranboy şəhərində bloku çökən qəzalı yaşayış binası ilə yanaşı daha bir bina söküləcək.

Cagdas.Az “Report”a istinadən xəbər verir ki, Cəfər Cabbarlı küçəsində yerləşən qəzalı beşmərtəbəli yaşayış binasının yaxınlığındakı digər binada da qəza riski müəyyən edilib. Bu səbəbdən həmin binadakı sakinlərin də növbəti günlərdə oradan köçürülməsinə qərar verilib.

Xatırladaq ki, bir neçə gün öncə Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 2 mənzilin döşəməsi çöküb. Bu axşam saatlarında isə blok tamam uçub. İlk hadisə zamanı 4 nəfər xəsarət alıb, zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Bina sakinləri daha əvvəl təxliyə olunduğundan bu gün axşam baş verən hadisə zamanı xəsarət alan olmayıb.