Son dəqiqə
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu İrəvanda Sülh Şurasının Nizamnaməsi təsdiqləndi Yaşayış minumumu və ehtiyac meyarı artırılır Xoşqədəm Hidayətqızından Ramiz Mehdiyev haqqında ŞOK İFŞALAR: “Məni öldürmək istəyirdilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” Yanvardan minimum əməkhaqqı artırılacaq Ermənistan parlamenti TRIPP sazişini ratifikasiya etdi Azərbaycanda abortlar 15 yaşdan başlayır – STATİSTİKA Bu avtomobil yolunda hərəkət məhdudlaşdırılıb İtaliya Ukraynaya silah tədarükünü dayandıra bilər Dindarlar hər zaman dövlətimizin yanındadırlar – ŞEYX

Xaçatryan HƏBS OLUNDU

Dünya

Ermənistanda məhkəmə Eçmiədzin dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Cagdas.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hakim istintaqın bununla bağlı vəsatətini təmin edib.

Müstəntiqlərin məlumatına görə, 2018-ci ildə yepiskop kiməsə bütün ermənilərin katolikosu II Qareginin taxtdan imtina etməsi tələbi ilə etiraz aksiyası keçirən fəalın çantasına narkotik atmağı tapşırıb. Xaçatryan bunu etirazçıları nüfuzdan salmaq üçün edib.

Lakin onun vəkil qeyd edib ki, Arşak Xaçatryana qarşı irəli sürülən ittihamın (narkotik qaçaqmalçılığı) istintaqın özünün təsvir etdiyi hadisə ilə heç bir əlaqəsi yoxdur.

Qeyd etmək lazımdır ki, bu, Erməni Kilsəsinin nəzarətə alınan dördüncü yüksək rütbəli iyerarxıdır.

Hazırda məhkəməyəqədər həbsdə olanlar arxiyepiskop Baqrat Qalstanyan, Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Ajapahyan və Araqatsotn yeparxiyasının primatı yepiskop Mkrtıç Proşyandır./Referans MEDİA/