Son dəqiqə
Galatasarayın ulduzu üçün yeni iddia: Yuventusun hədəfindədir Husilərdən təxliyə çağırışı: Ədən hava limanı hədəf alındı Yəməndə gərginlik artır: Husilər hava zərbəsi ilə bağlı açıqlama yaydı Ramiz Mehdiyev akademik adından məhrum edildi TDT XİN başçılarının müzakirə edəcəyi MÖVZULAR Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu İrəvanda Sülh Şurasının Nizamnaməsi təsdiqləndi Yaşayış minumumu və ehtiyac meyarı artırılır Xoşqədəm Hidayətqızından Ramiz Mehdiyev haqqında ŞOK İFŞALAR: “Məni öldürmək istəyirdilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” Yanvardan minimum əməkhaqqı artırılacaq

İrəvanda Sülh Şurasının Nizamnaməsi təsdiqləndi

Cəmiyyət

Ermənistan parlamenti Sülh Şurasının Nizamnaməsini ratifikasiya edib.

Cagdas.az  xəbər verir ki, oktyabrın 28-də Milli Assambleyanın iclasında müvafiq sənəd 90 deputatın lehinə səs verməsi ilə qəbul olunub. Səkkiz deputat isə bitərəf qalıb.

Layihəni Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan təqdim edib.

Qeyd edək ki, Ermənistan Sülh Şurasının Nizamnaməsini 2026-cı il yanvarın 22-də imzalayıb.

Sülh Şurası ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə münaqişələrdən zərər çəkmiş və ya təhlükə altında olan bölgələrdə (xüsusilə Qəzza zolağında) sabitliyin bərpası, idarəetmə və beynəlxalq təhlükəsizliyin təmin edilməsi məqsədilə yaradılan beynəlxalq platformadır.

Şura 15 yanvar 2026-cı il tarixində rəsmən təsis olunub.

ABŞ Prezidenti Donald Tramp tərəfindən təxminən 60 ölkəyə bu şuraya qoşulmaq dəvəti göndərilib.\modern.az