Son dəqiqə
Galatasarayın ulduzu üçün yeni iddia: Yuventusun hədəfindədir Husilərdən təxliyə çağırışı: Ədən hava limanı hədəf alındı Yəməndə gərginlik artır: Husilər hava zərbəsi ilə bağlı açıqlama yaydı Ramiz Mehdiyev akademik adından məhrum edildi TDT XİN başçılarının müzakirə edəcəyi MÖVZULAR Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu İrəvanda Sülh Şurasının Nizamnaməsi təsdiqləndi Yaşayış minumumu və ehtiyac meyarı artırılır Xoşqədəm Hidayətqızından Ramiz Mehdiyev haqqında ŞOK İFŞALAR: “Məni öldürmək istəyirdilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” Yanvardan minimum əməkhaqqı artırılacaq

Dindarlar hər zaman dövlətimizin yanındadırlar – ŞEYX

Cəmiyyət

Dini mərkəzlər arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir.

Cagdas.az  xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi” panel sessiyasında deyib.

QMİ sədri vurğulayıb ki, dünyanın aparıcı dini mərkəzi – Vatikan ilə qarşılıqlı əlaqələrin tarixində bu il Papa XIV Leo ilə görüş xüsusi önəm kəsb edən hadisə olub:

“Dini mərkəzlərimiz arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Vatikanla birgə Romada keçirdiyimiz İftar qardaşlıq süfrəsi artıq ənənəvi xarakter alıb. Mütəmadi iştirak etdiyimiz qlobal platformalarda – Böyük İyirmilik sammitləri ərəfəsində keçirilən Dinlərarası forumlarda, Dünya və Ənənəvi Dinlərin liderlərinin Astana qurultaylarında, Dinlər Sülh Uğrunda təşkilatının illik toplantılarında və digər mötəbər tədbirlərdə mədəniyyətlərarası dialoqun ayrılmaz tərkib hissəsi olan dinlərarası dialoq və əməkdaşlıq işinə öz töhfəmizi veririk. Fəxr edirəm ki, dinlərarası dialoq və məzhəblərarası anlaşma məkanı kimi tanınan ölkəmizin unikal təcrübəsi nümunə olaraq qəbul edilir”.

A.Paşazadə Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki məscidlərlə yanaşı, kilsələrin də bərpa olunduğunu vurğulayıb:

“Bu, Azərbaycan xalqının milli-mənəvi dəyərlərə qayğı və himayəsinin, multikultural dini irsini milli sərvət olaraq dəyərləndirən, onu dirçəldərək hifz edən Azərbaycanın tolerant dövlət siyasətinin təzahürüdür”.

Onun sözlərinə görə, Azərbaycan bölgədə sülh istiqamətində səylərə rəğmən, erməni kilsəsi, erməni diasporu və onların havadarlarının davam edən ksenofob, revanşist, separatçı hədyanları və nifrət çağırışlarının öhdəsindən gəlmək iqtidarındadır:

“Ölkəmizin nailiyyətləri, müstəqil siyasəti çoxlarını narahat edir. Biz, xaricdən yönləndirilən bütün növ təxribatlara, dövlətçiliyimizə, müstəqilliyimizə və mənəviyyatımıza ölkəmizin hüdudlarından kənardan uzanan dillərə layiqincə cavab verməyə qadirik və hazırıq. Sapı özümüzdən olan məkrli, xəyanətkar qüvvələrin qarayaxmalarına, hər hansı təxribatlara, ideoloji təhdidlərə qarşı xalqımız, dindarlarımız hər an ayıq-sayıqdırlar. Azərbaycan dindarları ölkəmizin uğurları, o cümlədən, mədəni-mənəvi-dini müstəvidə nailiyyətləri, himayə və diqqətindən fəxarət duyurlar və hər zaman dövlətin, dövlət başçımızın əməllərini təqdir edirlər. Dindarlar hər zaman dövlətimizin yanındadırlar. Dünya ictimaiyyəti tərəfindən örnək olaraq qəbul edilən həyat modelimiz müstəqil Azərbaycanın milli sərvətidir”.\modern.az\