Son dəqiqə
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu İrəvanda Sülh Şurasının Nizamnaməsi təsdiqləndi Yaşayış minumumu və ehtiyac meyarı artırılır Xoşqədəm Hidayətqızından Ramiz Mehdiyev haqqında ŞOK İFŞALAR: “Məni öldürmək istəyirdilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” Yanvardan minimum əməkhaqqı artırılacaq Ermənistan parlamenti TRIPP sazişini ratifikasiya etdi Azərbaycanda abortlar 15 yaşdan başlayır – STATİSTİKA Bu avtomobil yolunda hərəkət məhdudlaşdırılıb İtaliya Ukraynaya silah tədarükünü dayandıra bilər Dindarlar hər zaman dövlətimizin yanındadırlar – ŞEYX

Donald Tramp FIFA Sülh Mükafatına layiq görüldü

Dünya

ABŞ Prezidenti Donald Tramp futbol üzrə dünya çempionatının (DÇ-2026) püşkatma mərasimi çərçivəsində FIFA Sülh Mükafatına layiq görülüb.

Cagdas.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu il təsis olunmuş mükafatı Trampa FIFA prezidenti Canni İnfantino təqdim edib.

Mərasim zamanı çıxış edən D.Tramp Ukraynada münaqişənin həlli yolunun tezliklə tapılmasını gözlədiyini deyib.

“Mən səkkiz müharibəyə son qoydum və doqquzuncu müharibənin sonu yaxınlaşmaqdadır. Mənə mükafatlar lazım deyil, mən həyat xilas etməliyəm. Mən milyonlarla insanı xilas edirəm və buna davam etmək istəyirəm”, – deyə o bildirib./Oxu.az/