Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Abdullah Öcalan azadlığa çıxır?

Cəmiyyət

Türkiyə parlamenti qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlıları üçün məhdud və şərti əfv qərarı verən qanunu təsdiqləyib.

Parlamentin 468 üzvü qərarın lehinə, 88-i əleyhinə səs verib, altısı isə bitərəf qalıb. Musavat.com xəbər verir ki, qanunda 27 ildir həbsdə olan PKK-nın qurucusu Abdullah Öcalanın taleyi ilə bağlı heç bir müddəa yoxdur. Türkiyə həbsxanalarında saxlanılan təxminən 10.000 keçmiş PKK tərəfdarından təxminən 3500-ü ilk mərhələdə azadlığa buraxıla bilər. Lakin müddəalar yalnız təhlükəsizlik orqanları PKK və onunla əlaqəli qüvvələrin ləğvini, eləcə də silahların təhvil verilməsini təsdiqlədikdən sonra tətbiq oluna bilər.

Azərbaycanlı tələbələrin

PKK bəyan edib ki, Abdullah Öcalan azad edilmədikcə qanunun bir çox müddəaları qüvvədə olmayacaq. 1984-cü ildən bəri PKK ilə Türkiyə ordusu arasında gedən döyüşlərdə ən azı 50.000 insan həlak olub. 2013-cü ildə atəşkəs elan edilib, lakin sülh prosesi 2015-ci ilin yayında dayandırılıb. 2025-ci ilin fevral ayında Türkiyənin İmralı adasında həbs cəzası çəkən Öcalan təşkilatı silahlarını yerə qoymağa və dağılmağa çağırıb. Üç ay sonra PKK rəhbərliyi partiyanın dağıldığını və Türkiyə dövlətinə qarşı uzun müddətdir davam edən silahlı mübarizəsinin bitdiyini elan edib.

Silahsızlaşdırma prosesi iyul ayında başlayıb və oktyabrın sonunda PKK silahlı qüvvələrinin Türkiyədən, 2025-ci ilin noyabrında isə İraqın şimalındakı sərhəd bölgəsindən çıxarıldığını elan edib. Qeyd edək ki, Öcalanın azadlığa çıxacağı ilə bağlı rəsmi qərar yoxdur. Türkiyə siyasətində bəzi siyasi xadimlərin təklifləri və müzakirələri olsa da, onun azadlığa buraxılması barədə dövlət qurumlarından təsdiqlənmiş rəsmi məlumat verilməyib.

Image

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Öcalanın ev dustaqlığına buraxılması mümkündür, amma PKK-nın tam tərksilah olunması prosesi başa çatmalıdır. Analitikin şərhinə görə, PKK regionda əhəmiyyətini itirimiş bir terror təşkilatıdır və bundan sonra baş qaldırmasının perspektivi yoxdur:  “Amma sonuncu üzvü də silah-sursatını təhvil verməli, bölgədə bütün təhdid və risklər aradan qaldırılmalı, Qəndildə kampları ləğv edilməli, bir sözlə, demilitarzasiya və demontaj həyata keçirilməlidir. Öcalan yalnız bundan sonra ev dustaqlığına çıxa bilər”.

Təhlilçi əlavə edib ki, tərksilah davam edir və zaman tələb olunan məsələdir: “Ancaq sinxron şəkildə PKK üzvlərinin bir qisminin həbsdən buraxılması, cəmiyyətə adaptasiyası, iş təminatı mümkündür. Bunun üçün təsnifatlaşdırmaya ehtiyac var. Onların arasında ağır cinayət törədənlər də var, silahı götürüb PKK-ya qoşulan, amma terror aktında iştirak etməyənlər də var. Yəni mərhələli şəkildə, cinayətin dərəcəsinə uyğun olaraq əfv prosesi həyata keçiriləcək. Öcalan isə azadlıqda ölmək istəyirsə, PKK-çıların daha sürətli tərksilah olunmasına çağırış etməlidir”./Musavat.com/