• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.1° Weather Columbus
$
1.7
€
1.9591
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Abituriyentlərin diqqətinə: İxtisas seçimi yaxınlaşır – seçimdə bu səhvləri etməyin

07 Avqust, 26 / 11:10
A A

İxtisas seçimi minlərlə abituriyent üçün sadəcə universitetə qəbul mərhələsi deyil, gələcək peşə və karyera yolunu müəyyənləşdirən ən vacib qərarlardan biridir. Ancaq hər il kifayət qədər bal topladığı halda istədiyi ixtisasa qəbul ola bilməyən abituriyentlər də az olmur.

Səbəb isə əksər hallarda bal çatışmazlığı yox, ixtisasların düzgün ardıcıllıqla kodlaşdırılmaması, keçid ballarının yanlış qiymətləndirilməsi və seçim zamanı buraxılan səhvlər olur.

Bəs ixtisas seçimi edən abituriyentlər nələrə diqqət etməlidir?

Cagdas.az  bildirir ki, mövzu ilə bağlıBizim.Media-ya danışan təhsil eksperti Afərim Seyidova qeyd edib ki, ixtisas seçərkən təkcə ötən ilin keçid ballarına və ixtisasın nüfuzuna deyil, həm də şəxsi maraqlara, əmək bazarının tələblərinə və bu il tətbiq olunan yeniliklərə diqqət yetirilməlidir.

“Son illər hüquq, müəllimlik, maliyyə və iqtisadiyyat kimi ənənəvi ixtisaslarla yanaşı, kiber təhlükəsizlik, informasiya texnologiyaları, kompüter elmləri kimi sahələrə maraq xeyli artıb.

Bununla belə, bu ixtisaslar yalnız yüksək gəlir xatirinə seçilməməlidir.

Abituriyent həmin sahəyə həqiqətən maraqlı olub-olmadığını və gələcəkdə bu peşədə işləmək istəyib-istəmədiyini düzgün qiymətləndirməlidir.

Valideynlər və abituriyentlər çox vaxt “ən prestijli” və “ən çox qazandıran” ixtisası axtarırlar. Halbuki prestij anlayışı hər kəs üçün eyni deyil. Hansı sahədə uğur qazanmaq insanın bacarığından, marağından və özünü inkişaf etdirməsindən asılıdır”.

Əmək bazarındakı dəyişikliklər də nəzərə alınmalıdır.

Kitabxanaçılıq, muzey işi, bəzi filologiya ixtisasları əvvəlki qədər aktual olmadığı halda, tibb, əczaçılıq, müəllimlik, maliyyə və mühasibatlıq daimiliyini qoruyur”.

Yeni açılan ixtisaslar

Ekspert bu il yeni açılan ixtisaslara da diqqət çəkib.

Bunlar arasında Xəzər Universitetində Çin dili və ədəbiyyatı (təhsilin bir ili Çində keçiriləcək),

Azərbaycan Dövlət Pedaqoji Universitetində Fizika və riyaziyyat müəllimliyi,

Azərbaycan Memarlıq və İnşaat Universitetində Daşınmaz əmlakın inkişafı və idarə edilməsi,

Bakı Dövlət Universitetində Afrikaşünaslıq,

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ingilis dilində tədris olunan yeni proqramlar,

Gəncə Dövlət Universitetində rus və ingilis dillərində Kimya və biologiya müəllimliyi,

Odlar Yurdu Universitetində Riyaziyyat və informatika müəllimliyi,

Sumqayıt Dövlət Universitetində isə ingilis dilində Biznesin idarə edilməsi ixtisası yer alır:

“Qarabağ Universitetində isə bəzi ixtisaslar üzrə minimum bal həddi tətbiq olunacaq.

Əvvəllər blok imtahanından 50–100 bal toplayan abituriyentlər yalnız məhdud sayda ixtisas seçə bilirdilər. Bu ildən həmin siyahıya kompüter mühəndisliyi və informasiya texnologiyaları da əlavə olunub.

Eyni qayda ilə Riyaziyyat–kimya altqrupunda qida mühəndisliyi, logistika və nəqliyyat mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, ikinci qrupda isə menecment, coğrafiya müəllimliyi, beynəlxalq ticarət və logistika, dövlət və bələdiyyə idarəetməsi kimi ixtisaslar da əlavə edilib. Bu imkan yalnız blok imtahanında 50–100 bal toplayan abituriyentlər üçün nəzərdə tutulub”.

Ekspertin sözlərinə görə, ixtisas seçimində ötən ilin keçid ballarını əsas götürmək düzgün deyil.

Xüsusilə Qarabağ Universitetində bəzi ixtisaslar üzrə keçid ballarının ciddi artacağı gözlənilir.

Eyni vəziyyət Azərbaycan Dillər Universitetinin ingilis dili filologiyası ixtisasında da aiddir. Burada 80-100 bal artım ola bilər.

O, hesab edir ki, yaxın illərdə informasiya texnologiyaları, kibertəhlükəsizlik, data analitikası, maliyyə, müəllimlik və tibb sahələri əmək bazarında perspektivini qoruyacaq. Süni intellektin inkişafına baxmayaraq, bu ixtisasların aktuallığının hələ də yüksək qalacağı gözlənilir.

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda vergi borcları 4 milyard manatı keçib

Avqust 7, 2026
Cəmiyyət

Azərbaycan həm Ukraynaya dəstək verir, həm də Rusiya ilə münasibətləri qoruyur

Avqust 7, 2026
Cəmiyyət

Dövlətə məxsus faydalı qazıntı yatağı satışa çıxarılır

Avqust 7, 2026
Cəmiyyət

Bir neçə bank kartı olanlar üçün yeni limit qaydası AÇIQLANDI

Avqust 7, 2026
Cəmiyyət

Maliyyə Nazirliyi 10 dövlət müəssisəsi ilə bağlı Prezidentə hesabat verdi

Avqust 7, 2026
Cəmiyyət

Güclü külək gəlir – XƏBƏRDARLIQ

Avqust 7, 2026

XƏBƏR LENTİ

Azərbaycanda vergi borcları 4 milyard manatı keçib

07 Avqust, 26 / 19:44

Azərbaycan həm Ukraynaya dəstək verir, həm də Rusiya ilə münasibətləri qoruyur

07 Avqust, 26 / 19:31

Dövlətə məxsus faydalı qazıntı yatağı satışa çıxarılır

07 Avqust, 26 / 19:17

Bir neçə bank kartı olanlar üçün yeni limit qaydası AÇIQLANDI

07 Avqust, 26 / 19:08

Maliyyə Nazirliyi 10 dövlət müəssisəsi ilə bağlı Prezidentə hesabat verdi

07 Avqust, 26 / 18:58

Güclü külək gəlir – XƏBƏRDARLIQ

07 Avqust, 26 / 18:36

Bakı Moskvayla Kiyevi barışdırır – Bayramovun iki səfərinin pərdəarxası

07 Avqust, 26 / 18:23

Səfərbərlik Xidmətinin rüşvət alan əməkdaşları HƏBS EDİLDİ

07 Avqust, 26 / 18:11

Bu şəxslər ad və soyadını dəyişə bilməz – RƏSMİ

07 Avqust, 26 / 17:48

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan “Məkkə sazişi”ni imzaladı

07 Avqust, 26 / 17:35
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.